main-post-cover

    İngiltərədə 12345 şifrəsini istifadə etmək qadağan edildi!

    Təhlükəsizlik
    29.04.2024
    Chinara Pardashunas

          Tövsiyələrə baxmayaraq, "12345" və "admin" kimi parollar bu gün də tez-tez istifadə olunur. İngiltərə yeni qanunlar çərçivəsində bu zəif parollarla gələn cihazları qadağan edəcək.

          Elm, İnnovasiya və Texnologiya Nazirliyi istehlakçıları hakerlik və kiberhücumlardan qorumaq üçün atdığı addımların bazar ertəsi qüvvəyə minəcəyini bildirib. Smartfon, planşet, televiziya, ağıllı ev sistemləri və digər cihazların istehsalçılarından artıq qanuni olaraq internetə qoşulmuş cihazları kibercinayətkarların girişindən qorumaq tələb olunur. Bu o deməkdir ki, cihazların standart zəif parolları indi daha güclü parollarla əvəz olunacaq.Brendlər səhvlər və problemlər barədə məlumat verilə bilməsi üçün əlaqə məlumatlarını dərc etməli və təhlükəsizlik yeniləmələrinin tarixi ilə bağlı şəffaf olmalıdırlar.
         Elm və Texnologiya Naziri Jonathan Berry-nin açıqlamasına görə, istehlakçıların şəxsi məxfiliyinin, məlumatlarının və pullarının təhlükəsiz olmasını təmin edəcək qanunlar dünyada bir ilk və İngiltərəni ən təhlükəsiz internet təklif edən ölkə etmək yolunda atılmış ən mühüm addımdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Yeni troyan virusu milyonlarla Android istifadəçisinin bank məlumatlarını oğurlaya bilər
    yeni-troyan-virusu-milyonlarla-android-istifadecisinin-bank-melumatlarini-ogurlaya-biler
    Tanışlıq tətbiqlərinin 80%-i konfidensiallıq siyasətinə riayət etmir
    tanisliq-tetbiqlerinin-80-i-konfidensialliq-siyasetine-riayet-etmir
    Hakerlər istifadəçilərin çat-botlarla olan mesajlarını əldə edə bilərlər
    hakerler-istifadecilerin-cat-botlarla-olan-mesajlarini-elde-ede-bilerler
    Gamerlərə hədəflənmiş yeni dələduzluq sxemi aşkar edilib
    gamerlere-hedeflenmis-yeni-deleduzluq-sxemi-askar-edilib
    Barmaq izlərinin səs vasitəsilə oğurlanması üsulu yaradılıb
    barmaq-izlerinin-ses-vasitesile-ogurlanmasi-usulu-yaradilib