main-post-cover

    HMD Global öz brendi altında Snapdragon prosessoruna sahib yeni smartfon üzərində çalışır

    Cihazlar+
    07.05.2024
    Brilyant Rasulova
         HMD Global şirkəti bir neçə müddət bundan öncə özünün fərdi brendi altında hazırlamış ilk smartfonlarını təqdim etdi. Söhbət, HMD Pulse smartfonlarından gedir. HMD Pulse seriyasına daxil olan smartfonlar Unisoc T606 prosessoru vasitəsilə çalışırlar. İndi isə məlum olub ki, HMD Global Pulse smartfonları ilə müqayisədə daha güclü olacaq smartfon üzərində çalışır. Belə ki, şirkətin hazırladığı yeni smartfon Qualcomm prosessorunu əldə edəcək. Məlum olub ki, şirkətin hazırladığı yeni smartfon Geekbench testlərindən keçib. Smartfonun hansı ada sahib olacağı hələ məlum deyil.
         Lakin Geekbench-də onun kod adı qismində Tomcat qeyd edilib. Geekbench testlərindən bu yeni smartfonun 8 GB RAM-a sahib versiyası keçib. Bununla yanaşı məlum olub ki, o, qutudan Android 14-ü əldə edəcək. Geekbench məlumatlarında smartfonun sahib olduğu prosessorun konkret adı hallanmayıb. Lakin qeyd edilib ki, smartfonun sahib olduğu prosessor özündə 4 ədəd 2.4 GHz tezlikdə çalışan nüvəni və 4 ədəd 1.96 GHz tezlikdə çalışan nüvəni birləşdirir. Bu özəlliklərə əsasən demək olar ki, çox güman ki, söhbət, Snapdragon 7s Gen 2 prosessorundan gedir. HMD Global-ın sözügedən prosessor vasitəsilə çalışacaq yeni smartfonunun nə zaman təqdim olunacağı barəsində bir məlumat yoxdur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Büdcəli HMD Vibe smartfonu təqdim edilib - QİYMƏTİ
    budceli-hmd-vibe-smartfonu-teqdim-edilib-qiymeti
    HMD Pulse, Pulse+ və Pulse Pro smartfonları təqdim edilib - QİYMƏTİ
    hmd-pulse-pulse-ve-pulse-pro-smartfonlari-teqdim-edilib-qiymeti
    HMD Pulse Pro smartfonunu nə zaman və hansı qiymətə satışa çıxacağı məlum olub
    hmd-pulse-pro-smartfonunu-ne-zaman-ve-hansi-qiymete-satisa-cixacagi-melum-olub
    HMD Pulse Pro smartfonunun render fotoları təqdim edilib
    hmd-pulse-pro-smartfonunun-render-fotolari-teqdim-edilib
    HMD Pulse smartfonunun render fotoları təqdim edilib
    hmd-pulse-smartfonunun-render-fotolari-teqdim-edilib