main-post-cover

    Nothing-in CMF adlı subbrendinin ilk smartfonu barəsində yeni məlumatlar verilib

    Cihazlar+
    08.05.2024
    Brilyant Rasulova
         Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Nothing şirkətinin CMF adlı subbrendi öz ilk smartfonu üzərində çalışır. İndi isə 91mobiles saytı sözügedən smartfon barəsində yeni məlumatlar verib. Verilmiş məlumata əsasən CMF subbrendinin ilk smartfonu bazara CMF Phone (1) adı ilə satışa çıxacaq. Məlumatda qeyd edilib ki, CMF Phone (1) plastik materialdan hazırlanmış gövdəni əldə edəcək və 3 rəngə sahib olacaq. Qara, ağ və narıncı.
         Bununla yanaşı smartfonun 6.5 düym ölçülü ekranla təchiz olunacağı gözlənilir. 91mobiles saytı bildirib ki, CMF Phone (1) MediaTek şirkətinin 5G dəstəkli prosessoru vasitəsilə çalışacaq və özündə 33 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Məlumata əsasən smartfon NothingOS interfeysli Android əməliyyat sistemini əldə edəcək. Şirkət sözügedən smartfonu 4 il ərzində Android və təhlükəsizlik dəstəyi ilə təmin etməyi planlaşdırır. Gözləntilərə əsasən CMF Phone (1) yaxın zamanda təqdim olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Nothing-in CMF subbrendi öz ilk smartfonu üzərində çalışır
    nothing-in-cmf-subbrendi-oz-ilk-smartfonu-uzerinde-calisir
    Nothing Phone (3)-ün təqribi təqdimat müddəti açıqlanıb
    nothing-phone-3-un-teqribi-teqdimat-muddeti-aciqlanib
    Nothing Ear (a) naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ
    nothing-ear-a-naqilsiz-qulaqligi-teqdim-edilib-qiymeti
    Üçüncü nəsil Nothing Ear naqilsiz qulaqlığı təqdim olunub - QİYMƏTİ
    ucuncu-nesil-nothing-ear-naqilsiz-qulaqligi-teqdim-olunub-qiymeti
    Nothing Ear (a) naqilsiz qulaqlığının fotoları təqdim edilib
    nothing-ear-a-naqilsiz-qulaqliginin-fotolari-teqdim-edilib