main-post-cover

    Çin dünyanın elektromobil istehsalı mərkəzinə çevrilib

    Nəqliyyat
    06.05.2024
    Brilyant Rasulova
         Baş tutmuş Global EV Outlook 2024 adlı konfrans çərçivəsində təqdim edilmiş məlumata əsasən 2023-cü ilin sonunda bütün dünyada satılmış elektromobillərin hamısı Çində istehsal edilib. Bununla yanaşı məlumatda qeyd edilib ki, bu ilin sonuna kimi elektromobil satışları 17 milyona çata bilər. 2023-cü il ərzində Çində satılmış elektromobillərin 60%-dən çoxu alıcılara benzinlə çalışan ənənəvi avtomobillərdən daha ucuz başa gəlib. Bununla belə ABŞ-da elektromobillər 10-50% daha baha qiymətə satılır. 2024-cü ildə Çində elektromobil bazarının payı 45%-ə yüksəlib. Müqayisə üçün qeyd etmək lazımdır ki, Avropada bu göstərici 25%, ABŞ-da isə 11% təşkil edir.
         Elektromobillərin Çində bu dərəcədə məşhur olmalarının əsas səbəbləri siyahısında avtomobil istehsalçıları arasında olan yüksək rəqabət, elektromobil və onlar üçün nəzərdə tutulmuş batareyaların qiymətlərindəki düşüş və dövlət tərəfindən yaxşı siyasi dəstək var. 2023-cü ildə bütün dünya üzrə elektromobil satışları 14% yüksəldi. Keçən ilin birinci rübü ilə müqayisədə isə bu ilin birinci rübündə elektromobil satışları 25% yüksəlib. Elektromobil istehsal tempinin bu dərəcədə yüksəlməsinin əsas səbəbi Çindəki istehsalçılar deyil, dövlətlər tərəfindən olan böyük dəstəkdir. Hal-hazırda bir çox dövlətlər elektromobil alıcılarına subsidiyalar təqdim edirlər. Bu cür praktika Çin, Tayland, İndoneziya, Vyetnam, Malayziya, Filippin, Meksika, Braziliya və Hindistanda tətbiq edilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Elektromobillər digər avtomobillərlə müqayisədə daha tez dəyər itirirlər
    elektromobiller-diger-avtomobillerle-muqayisede-daha-tez-deyer-itirirler
    Elektromobillər nə dərəcədə etibarlıdır?
    elektromobiller-ne-derecede-etibarlidir
    Soyuq hava şəraiti elektromobillərin qətt etdikləri yol göstəricisinə nə dərəcədə təsir edir?
    soyuq-hava-seraiti-elektromobillerin-qett-etdikleri-yol-gostericisine-ne-tesir-edir