main-post-cover

    Əfsanəvi DeLorean DMC-12 avtomobili müasir dizaynda elektromobil şəklində geri qayıdacaq

    Nəqliyyat
    03.05.2024
    Brilyant Rasulova
         Lynx Motors şirkəti əfsanəvi DeLorean DMC-12 avtomobilinin müasir versiyası olacaq Lynx DMC-EV adlı elektromobili anons edib. Şirkət bildirib ki, elektromobil hələ hazırlanma mərhələsindədir. Buna görə də elektromobilin real deyil, render fotoları təqdim edilib. Bununla yanaşı şirkət Lynx DMC-EV-in bəzi texniki özəlliklərini açıqlayıb. Təqdim edilmiş fotolardan da görmək olar ki, Lynx DMC-EV xarici görünüşcə DeLorean DMC-12-ə bənzəyəcək. Lakin bununla belə Lynx DMC-EV tamamilə yeni gövdəyə sahib olacaq və gövdə müasir təhlükəsizlik tələbləri səbəbilə yeni texniki prinsiplər əsasında hazırlanacaq. Elektromobilin salonunda üstəlik sensorlu interfeyslər olacaq. Fotodan da görmək olar ki, Lynx DMC-EV iki nəfər sərnişin üçün nəzərdə tutulacaq.
         Kağız üzərində yeni elektromobilin güc qurğusu olduqca maraqlı səslənir. Belə ki, mühəndislər Lynx DMC-EV-i 4 ədəd Elaphe L1600 adlı elektrikli mühərrik ilə təchiz etməyi planlaşdırırlar. Elektromobilin hansı göstəricidə at gücünə sahib olacağı qeyd edilməyib. Lakin məlumdur ki, 1 ədəd Elaphe L1600 mühərriki 155 at gücünü təmin edir. Bu isə o deməkdir ki, Lynx DMC-EV elektromobili 600 at gücündən aşağısını təmin etməyəcək. Məlumatda qeyd edilib ki, Lynx DMC-EV saatda 96 km sürəti 4 saniyəyə yığacaq. Bundan əlavə olaraq elektromobil bir dəfə şarj olunandan sonra 400 km yol qətt edə biləcək. Lynx Motors şirkəti 100 ədəd Lynx DMC-EV istehsal etməyi planlaşdırır. Onun nə zaman və hansı qiymətə satışa çıxacağı isə bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər