main-post-cover

    Mazda Arata adlı elektrikli krossover konsepti təqdim olunub

    Nəqliyyat
    06.05.2024
    Brilyant Rasulova
         Mazda şirkəti Pekin avtomobil sərgisi çərçivəsində Arata adlı yeni elektromobil konseptini sərgiləyib. Bu, elektrikli krossoverdir. Güman olunur ki, bu elektromobil Mazda MX-30 adlı krossoveri əvəz edəcək və onun istehsalına 2025-ci ildə start veriləcək. Arata adlı bu konsept 2012-ci ilin sonunda iki şirkət tərəfindən təsis edilmiş Changan Mazda brendi tərəfindən hazırlanıb. Çox güman ki, bu yeni elektrikli krossover artıq satışda olan Changan Deepal SU7-nin əsasında hazırlanacaq.
         Changan Mazda brendinin nümayəndələri bildiriblər ki, Arata elektromobilinin hazırlanmasında Mazda-nın Kodo Design fəlsəfəsindən istifadə edilib. Sözügedən yeni elektromobil konsepti şaquli stop siqnallar ilə iki hissəyə ayrılmış böyük ölçülü spoyleri əldə edib. Elektromobildə ənənəvi arxa baxış güzgüləri kameralar ilə əvəzlənib. Bununla yanaşı elektromobildə ənənəvi qapı tutacaqları da yoxdur. Arata-nın kütləvi istehsalına 2025-ci ildə start verilməsi gözlənilir. Lakin onun Çindən kənarda satışa çıxıb-çıxmayacağı aydın deyil.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Mazda EZ-6 elektromobili təqdim edilib
    mazda-ez-6-elektromobili-teqdim-edilib