main-post-cover

    Bir istifadəçi Firefox internet brauzerində 2 il boyunca 7500 pəncərə açaraq nəticələrini sosial şəbəkədə bölüşüb!

    Sosial Media
    06.05.2024
    Chinara Pardashunas

         Brauzerdə maksimum şəkildə neçə pəncərəni açıq saxlayırsınız? Bir Firefox istifadəçisi 7500 pəncərəni açıq saxlamaqla brauzerin məhdudiyyətlərini nə qədər aşa biləcəyini test edib.

         “Firefox”un böyük pərəstişkarı olan Hazel, brauzerdə eyni vaxtda açıq olan 7470 pəncərənin ekran şəklini paylaşaraq hər kəsə brauzerin hüdudlarının nə qədər aşıla biləcəyini göstərib. Firefox ilkin olaraq minlərlə pəncərəni geri yükləməkdə çətinlik çəksə də, Hazel brauzerin profil keş xüsusiyyətindən istifadə edərək pəncərələri köçürməyi bacarıb. O, Firefox-un bu qədər çox pəncərəni açmaq üçün yaddaşa çox az təsir etdiyini bildirib. 7470 pəncərəni ehtiva edən sessiya faylının ölçüsü cəmi 70 MB təşkil edir və Firefox, pəncərələri yalnız bu yaxınlarda açılıbsa, yaddaşa yükləyir.
         Pəncərə qrupları illərdir gözlənilən Firefox xüsusiyyətidir. Əgər internet brauzeri bu xüsusiyyətə sahib olsaydı, Hazel və onun kimi istifadəçilər minlərlə açıq pəncərələri asanlıqla qruplaşdıra və minimuma endirə bilərdilər. Firefox istifadəçiləri artıq müxtəlif istifadəçi profilləri yarada bilsələr də, Mozilla, bu ilin sonunda yeni profil və pəncərə redaktə xüsusiyyətlərini təqdim etməyi planlaşdırdığını bildirir. Bu arada, minlərlə pəncərəni idarə etməyə kömək edə biləcək üçüncü tərəf Firefox əlavələri də var.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər