main-post-cover

    Smartfonlar haqqında sızıntı məlumatları ilə tanınan məşhur X istifadəçisi Galaxy S24 Ultra smartfonuna görə, Samsung şirkətini fırıldaqçılıqda günahlandırır!

    Sosial Media
    07.05.2024
    Chinara Pardashunas

         Sektorunda sızıntı məlumatları ilə tanınan bir X istifadəçisi Samsung Galaxy S24 Ultra-nın bir çox problemi olduğunu bildirərək şirkətin aldadıcı reklam etdiyi iddiası ilə ittiham edib.

         Sektordakı paylaşımları ilə tanınan və bu baxımdan çox məşhur olan ICE UNIVERSE adlı istifadəçi, Galaxy S24 seriyasının ən yüksək səviyyəli modeli olan S24 Ultra-nın problemlərini sıralayıb. Problemlər texnologiya nəhəngi tərəfindən hələ etiraf edilməsə də, istifadəçi Samsung-u yanlış reklam verməkdə ittiham edib.
         İddiaya görə, S24 Ultra-nın ekranı parlaqlığı aşağı səviyyələrə endirilən zaman tozlu görünməyə başlayır. O, bundan başqa, smartfonun kamerasının rəngləri səhv qeydə aldığını və telefoto kamerasında da problem olduğunu iddia edib. Əlavə olaraq, Galaxy S24 Ultra-nın 5x kameralarının çox zaman ağ obyektlərin parlamasına səbəb olan bir aparat təminatı xətası olduğunu söyləyərkən, alt dinamikdə də dizayn xətası olduğunu və S Pen yuvasının əyri göründüyünü söyləyib.
         Bəzi xüsusiyyətlərin Samsung-un iddia etdiyi kimi cihazlarda yer almadığını bildirən istifadəçi, şirkəti “vicdansız” olaraq adlandırıb. İzləyicilərinə cihazı almamağı tövsiyə edən ICE UNIVERSE, hətta şirkəti toplu şəkildə məhkəməyə vermə çağırışı da edib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung G60SD adlı yeni gaming monitoru təqdim edilib - QİYMƏTİ
    samsung-g60sd-adli-yeni-gaming-monitoru-teqdim-edilib-qiymeti
    Samsung öz smartfonlarında avtronom çalışma müddətini süni zəka vasitəsilə yüksəldəcək
    samsung-oz-smartfonlarinda-avtronom-calisma-muddetini-suni-zeka-vasitesile-yukseldecek
    Samsung, bəzi iPhone-ların zəngli saatı işləmədiyi üçün Apple-i ələ salmağa başlayıb!
    samsung-bezi-iphone-larin-zengli-saati-islemediyi-ucun-apple-i-ele-salmaga-baslayib
    OneUI 6.1 istifadəçi interfeysi Samsung Galaxy S21, S22, Galaxy Z Fold 3 və Z Flip 3 smartfonları üçün istifadəyə verilib
    oneui-61-istifadeci-interfeysi-samsung-galaxy-s21-s22-galaxy-z-fold-3-ve-z-flip-3-smartfonlari-ucun-istifadeye-verilib
    Samsung Galaxy F55-in Çində satılan Galaxy C55 5G-nin qlobal versiyası olacağı təsdiqlənib
    samsung-galaxy-f55-in-cinde-satilan-galaxy-c55-5g-nin-qlobal-versiyasi-olacagi-tesdiqlenib