main-post-cover

    TikTok Avropada da bloklana bilər

    Sosial Media
    02.05.2024
    Brilyant Rasulova
         Keçən həftə ABŞ prezidenti Joe Biden öz ölkəsinin ərazisində TikTok-un bloklanmasına dair qanun layihəsini imzaladı. Dünən isə məlum oldu ki, Türkiyənin Milliyətçi Hərəkat Partiyası TikTok-un Türkiyədə də bloklanmasına hədəflənmiş qanun layihəsi üzərində çalışır. Yeni məlumata əsasən TikTok təkcə ABŞ ilə Türkiyədə deyil, həmçinin Avropada da bloklana bilər. Belə ki, Niderlandın Maastrixt adlı şəhərində keçirilmiş debatlar çərçivəsində Avropa Komissiyasının prezidenti Ursula von der Leyen bildirib ki, TikTok-un Avropada bloklanması istisna deyil.
         Bununla yanaşı von der Leyen qeyd edib ki, Avropa Komissiyası öz əməkdaşlarının iş cihazlarında TikTok-u qadağan etmiş ilk təşkilat olub. Bu isə öz növbəsində komissiyanın TikTok ilə bağlı potensial təhlükələri dərk etdiyini göstərir. Əgər vəziyyət daha da gərginləşsə, TikTok ABŞ və Avropada bloklanma səbəbilə öz istifadəçi kütləsinin böyük bir hissəsini itirəcək. Digər tərəfdən isə əgər ByteDance şirkəti hökumətlərin narahatlıqlarını aradan qaldırmaq məqsədilə TikTok-u satmaq qərarını versə, nəticə etibarilə o, külli miqdarda vəsait itkisi ilə qarşılaşa bilər. Qeyd etmək lazımdır ki, bu məşhur platforma Avropa ilə artıq konflikt vəziyyətindədir. Belə ki, Avropa Komissiyası TikTok Lite tətbiqindəki mükafatlandırma sistemi səbəbi ilə platforma barəsində istintaq aparır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    TikTok-un Türkiyədə qadağan edilməsinə dair qanun layihəsi hazırlanır
    tiktok-un-turkiyede-qadagan-edilmesine-dair-qanun-layihesi-hazirlanir
    ByteDance şirkəti TikTok-u amerikalılara satmaq niyyətində deyil
    bytedance-sirketi-tiktok-u-amerikalilara-satmaq-niyyetinde-deyil
    Joe Biden TikTok-un ABŞ ərazisindaə bloklanması qanununu imzalayıb
    joe-biden-tiktok-un-abs-erazisindae-bloklanmasi-qanununu-imzalayib
    TikTok-un ABŞ-da bloklanması qanunu ABŞ Senatı tərəfindən təsdiqlənib
    tiktok-un-abs-da-bloklanmasi-qanunu-abs-senati-terefinden-tesdiqlenib
    Bir TikToker üzərində yol nişanının şəkli olan köynək geyinərək insansız taksiləri trollayıb! (Video)
    bir-tiktoker-uzerinde-yol-nisaninin-sekli-olan-koynek-geyinerek-insansiz-taksilleri-trollayib-video