main-post-cover

    Bir istifadəçi doğum tarixini yanlış təqdim etdiyinə görə, ChatGPT-ni məhkəməyə verib!

    Süni İntellekt
    29.04.2024
    Chinara Pardashunas

         Avropa Birliyi vətəndaşı ChatGPT ilə bağlı OpenAI-a qarşı şikayət edib. Anonim şəxsin dediyinə görə, ChatGPT onun doğum tarixini səhv təqdim edib.

         Dünyanın ən məşhur süni intellekt dəstəkli söhbət botlarından biri olan ChatGPT, Avropa Birliyində maraqlı bir hadisə ilə gündəmdədir. Anonim şəxs OpenAI ilə bağlı Avropa Birliyinə şikayət edib. Bu şikayətin səbəbi isə doğum tarixini soruşduqda ChatGPT-nin yanlış məlumat verməsidir. Avropa Birliyi vətəndaşlarının bəzi imtiyazlı hüquqları var. Məsələn, mediada onlar haqqında gedən məlumat yanlışdırsa, onlar bunun düzəldilməsini tələb edə bilərlər. Məsələ də elə bununla bağlıdır. Şikayət edən tərəf OpenAI ilə də əlaqə saxladığnı, lakin ChatGPT-nin onun haqqında onlar yanlış məlumatı düzəltmədiyini bildirib.
         Əldə edilən məlumata görə, anonim şikayətçi bu şikayəti Avropa İttifaqının Ümumi Məlumatların Qorunması Qaydası (GDPR) çərçivəsində edib. Bu mühüm detaldır, çünki GDPR-ə əsasən şikayət edilən şirkətin qlobal dövriyyəsinin 4 faizinə qədər cərimə tətbiq edilə bilər. Bundan əlavə, GDPR səlahiyyətliləri şikayət edilən xidmət barədə dəyişiklik təlimatı da verə bilər.
         Şəxsi həyatın toxunulmazlığı üzərinə qurulan qeyri-kommersiya təşkilatı Noyb, mövzu ilə əlaqədar etdiyi şərhdə bu davanın uzanmasını gözləmədiklərini söyləyib. Noyb-un sözlərinə görə, OpenAI hansısa formada əməkdaşlıq etməyə çalışacaq. Ancaq burada da problem var. OpenAI deyir ki, GPT modellərinin çıxışlarında səhvlər ola bilər və sistemin mürəkkəbliyi səbəbindən bəzi səhvlər düzəldilə bilməz. Görək OpenAI bu problemdən necə çıxacaq...
     
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    iOS 18-də OpenAI şirkətinin süni zəka ekosistemindən istifadə edilə bilər
    ios-18-de-openai-sirketinin-suni-zeka-ekosisteminde
    ChatGPT Plus istifadəçilərinə GPT-4 Turbo-dan istifadə etmək imkanı təqdim edilib
    chatgpt-plus-istifadecilerine-gpt-4-turbo-dan-istifade-etmek-imkani-teqdim-edilib
    GPT-4-ün təlimatlandırılmasında YouTube videolarından istifadə edilib
    gpt-4-un-telimatlandirilmasinda-youtube-videolarindan-istifade-edilib
    Sora neyron şəbəkəsi öz ilk klipini tərtib edib (VİDEO)
    sora-neyron-sebekesi-oz-ilk-klipini-tertib-edib-video
    Heç bir SMS təsdiqə və hesaba sahib olmadan ChatGPT-dən istifadə etmək mümkün olacaq
    hec-bir-sms-tesdiqe-ve-hesaba-sahib-olmadan-chatgpt-den-istifade-etmek-mumkun-olacaq