main-post-cover

    Rəssamlar əsərlərindən icazəsiz istifadə etdiyinə görə Google-u məhkəməyə veriblər!

    Süni İntellekt
    02.05.2024
    Chinara Pardashunas

         Rəssamlar, Google-un süni intellektlə işləyən şəkil generatoru "Imagen"i inkişaf etdirmək üçün onların əsərlərini icazəsiz istifadə etdiyini bildirərək məhkəməyə veriblər.   

         Google-un Alphabet bölməsi, süni intellekt (AI) ilə işləyən şəkil generatoru "Imagen"i öyrətmək üçün icazəsiz bir qrup rəssamın əsərindən istifadə etdiyi üçün Kaliforniya federal məhkəməsində yeni müəllif hüquqları iddiası ilə üzləşir.
         Fotoqraf Jingna Zhang və karikaturaçı rəssamlar Sarah Andersen, Hope Larson və Jessica Fink bildiriblər ki, Google "Imagen"ə insan mətn əmrlərinə necə cavab verməyi öyrətmək üçün onların işləri də daxil olmaqla, milyardlarla müəllif hüquqları ilə qorunan şəkillərdən istifadə etməkdə cavabdehdir.
         Google-nin sözçüsü Jose Castaneda açıqlamasında, "Bizim süni intellekt modellərimiz ilk növbədə internetdə açıq olan məlumatlar əsasında hazırlanır. Amerika qanunları uzun müddətdir ki, ictimai məlumatların yeni və faydalı üsullarla istifadəsini dəstəkləyir. Bu iddiaları məhkəmədə təkzib edəcəyik." deyə bildirib. Sənətçilərin vəkilləri Joseph Saveri və Matthew Butterick isə açıqlamalarında bu işin, "Trilyon dollarlıq texnoloji şirkətin icazəsiz, ödənişsiz və ya kompensasiya olmadan başqalarının müəllif hüquqları ilə qorunan əsərləri üzərində kommersiya süni intellekt (AI) məhsulu öyrətməyi seçməsinin başqa bir nümunəsidir." deyə qeyd ediblər. Bundan əlavə, rəssamlar məhkəmədən naməlum məbləğdə təzminat və Google-dan əsərlərinin nüsxələrini məhv etməyi tələb edən qərar tələb ediblər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Google Search-ün Safari brauzerində istifadəsi səbəbilə Google Apple şirkətinə milyardlarla dollar vəsait ödəyib
    google-search-un-safari-brauzerinde-istifadesi-sebebile-google-apple-sirketine-milyardlarla-dollar-vesait-odeyib
    Google Photos-a çəkdiyiniz videonun keyfiyyətini bir kliklə artıra biləcəyiniz xüsusiyyət əlavə edilir!
    google-photos-a-cekdiyiniz-videonun-keyfiyyetini-bir-klikle-artira-bileceyiniz-xususiyyet-gelir
    Səs vasitəsilə insan emosiyalarını təyin etməyi bacaran süni zəka modeli yaradılıb
    ses-vasitesile-insan-emosiyalarini-teyin-etmeyi-bacaran-suni-zeka-modeli-yaradilib
    iOS 18 ilə Safari-ə gələcək süni intellekt xüsusiyyətləri bəlli olub!
    ios-18-ile-safari-e-gelecek-suni-intellekt-xususiyyetleri-belli-olub
    YouTube-nin yeni dizaynı istifadəçi reaksiyalarına görə geri çəkilib!
    youtube-nin-yeni-dizayni-istifadeci-reaksiyalarina-gore-geri-cekilib