main-post-cover

    Potensial olaraq suya və həyat növünə sahib ola biləcək yeni ekzoplanet kəşf edilib

    Elm & Texnologiya
    07.05.2024
    Brilyant Rasulova
         Alimlər potensial olaraq suya və həyat növünə sahib ola biləcək yeni ekzoplanetin mövcudluğunu təsdiqləyiblər. Astrophysical Journal adlı nəşriyyatda dərc edilmiş tədqiqata əsasən kəşf edilmiş ekzoplanet eyni anda bir neçə rekorda imza atıb. Bununla yanaşı məlumatda qeyd edilib ki, sözügedən yeni ekzoplanet öz ulduzunun yaşayış zonasında (planetin səthində suyun maye şəklində mövcud olmasına şərait yaradan kosmik zona) yerləşir. Bu isə onun səthində potensial olaraq maye şəklində suyun və həyat növünün mövcudluğuna dair şanslarını artırır. TESS kosmik teleskopunun tədqiqatçılar komandasına daxil olan NASA mütəxəssisləri astronomiya sahəsində həvəskar şəxs qismində fəaliyyət göstərənlərə çox zaman yardımçı olurlar.
         Bu həvəskar şəxslər Günəş sistemindən kənarda planetlərin axtarışı ilə məşğul olan rəsədxanaların əldə etmiş olduqları böyük həcmdə məlumatları analiz edirlər. Məhz həmin həvəskar şəxslər yeni ekzoplanetin mövcudluğunu aşkar ediblər. NASA-nın aparmış olduğu əlavə müşahidələr isə ekzoplanetin mövcudluğunu təsdiqləyiblər. Qeyd etmək lazımdır ki, TESS kosmik teleskopu Günəş sistemindən kənardakı planetləri tranzit üsulu vasitəsilə təyin edir. Belə ki, ekzoplanet öz ulduzu qarşısından keçən zaman onun parlaqlığını aşağı salır və alimlər bunun sayəsində bu və ya digər ulduz sistemindəki planeti təyin edə bilirlər. TOI 4633 adını əldə etmiş yeni ekzoplanet də bu üsul vasitəsilə kəşf edilib.
         Sözügedən yeni ekzoplanet Yer kürəsindən 309 işıq ili uzaqlığında yerləşir. Məlumata əsasən ekzoplanetin ölçüsü Neptunun ölçüsünə bərabərdir. Beləliklə kəşf edilmiş yeni ekzoplanetin ölçüsü Yer kürəsinin ölçüsündən 4 dəfə böyükdür. Lakin bu ekzoplanetin nə cür səthə sahib olduğu tam dəqiq aydın deyil. Belə ki, o, qaz planeti və ya sərt səthə sahib planet ola bilər. Maraqlısı ondadır ki, tranzit üsulu sayəsində adətən böyük olmayan orbital dövrə sahib planetlər kəşf edilir. Lakin alimlər tərəfindən aparılmış müşahidələrə əsasən TOI 4633 ekzoplaneti öz ulduzu ətrafında tam dövrü 272 günə reallaşdırır. Yəni daha öncə kəşf edilmiş ekzoplanetlər ilə müqayisədə TOI 4633 öz ulduzundan daha aralıda yerləşir. Digər bir maraqlı fakt isə ondan ibarətdir ki, TOI 4633-ün ulduzu yaşayış zonasında yerləşən digər tranzit planetlərin ulduzlarından daha parlaqdır. Ekzoplanetin yaşayış zonasında mövcud olması onun səthində potensial olaraq maye şəklində suyun mövcudluğuna işarə edir. Su olan yerdə isə həyat növünün olma şansı çox yüksəkdir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Parçalanması üçün tərkibində bakteriyalara sahib yeni növ plastik material yaradılıb
    parcalanmasi-ucun-terkibinde-bakteriyalara-sahib-yeni-nov-plastik-material-yaradilib
    NASA, 225 milyon kilometr məsafədən 25 Mbit/s sürətlə “lazer mesajı” ötürdü!
    nasa-225-milyon-kilometr-mesafeden-25-mbits-suretle-lazer-mesaji-oturdu
    Çiy ət məhsullarının tərkiblərində antibiotiklərə dözümlü olan bakteriyalar aşkar edilib
    ciy-et-mehsullarinin-terkiblerinde-antibiotiklere-dozumlu-olan-bakteriyalar-askar-edilib
    NASA Saturnun peyki Titana avtomobil ölçüsündə dron endirəcək
    nasa-saturnun-peyki-titana-avtomobil-olcusunde-dron-endirecek
    NASA dünyanın ən sürətli kompüterindən istifadə edərək Marsa eniş görüntülərini simuliyasiya edib!
    nasa-dunyanin-en-suretli-komputerinden-istifade-ederek-marsa-enis-goruntulerini-simuliyasiya-edib