main-post-cover

    Ən güclü MacBook-dan belə daha güclü olan yeni iPad Pro təqdim edildi! - QİYMƏTİ

    Cihazlar+
    07.05.2024
    Chinara Pardashunas

         Apple qabaqcıl çipləri və son dərəcə incə quruluşu ilə diqqət çəkən iPad Pro modellərini təqdim etdi.

         Apple-ın 7 May tarixində baş tutan tədbirində bəlkə də ən çox gözlənilən məhsulu olan iPad Pro, nəhayət təqdim edildi. iPod Nano-dan belə incə olması ilə seçilən planşet, OLED ekranlara sahib olsa da, diqqəti çəkən əsas məqam M4 çipi oldu. Daha əvvəl bildirilmişdi ki, Apple bu versiyada M4 çipinə keçəcək və nəhayət bu gözləntilər özünü doğrultdu. Cihazın xüsusiyyətləri hətta MacBook-ları da kölgədə qoymağı bacarıb
     
    Ekran
    OLED, 11 düym və ya 13 düym, 1600 nit, 120 Hz
    Prosessor
    Apple M4
    Neyron prosessoru
    Saniyədə 38 trilyon əməliyyat
    Yaddaş
    256GB/512GB/1TB/2TB
    Kamera
    12 MP - 12 MP geniş bucaqlı kamera
    Şəbəkə
    4G LTE, WiFi 6E, Bluetooth
     
         Yeni iPad Pro-lar əvvəlki nəsil cihazlarla müqayisədə 50% daha güclü prosessorlara malikdir və onların neyron prosessor blokları 38 trilyon əməliyyatı yerinə yetirməyə qadirdir. Bu mənada, Apple-ın süni intellekt sahəsində ciddi bir irəliləyiş əldə etməsini gözləmək olar. Yalnız 5,3 və 5,1 mm qalınlığında olan yeni iPad Pro-lar Ultra Retina XDR ekran paneli sayəsində işıq əksetdirmələrini də aradan qaldırır. iPad Pro-nun 11 düymlük versiyası 999 dollardan, 13 düymlük versiyası isə 1299 dollardan başlayır.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Apple, bu gün iPhone qiymətlərinə artım edəcək!?
    apple-bu-gun-iphone-qiymetlerine-artim-edecek
    Yeni iPad Pro bazarın ən yaxşı OLED ekranını əldə edəcək
    yeni-ipad-pro-bazarin-en-yaxsi-oled-ekranini-elde-edecek
    Böyük ekranlı yeni iPad Air-in ekran texnologiyası məlum olub
    boyuk-ekranli-yeni-ipad-air-in-ekran-texnologiyasi-melum-olub
    Apple yeni iPad planşetlərini may ayında təqdim edə bilər
    apple-yeni-ipad-plansetlerini-may-ayinda-teqdim-ede-biler
    Yeni iPad planşetlərinin anonsları artıq çox yaxındır
    yeni-ipad-plansetlerinin-anonslari-artiq-cox-yaxindir