main-post-cover

    Fotoqraf və videoqraflar üçün BenQ SW242Q monitoru təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    03.05.2024
    Brilyant Rasulova
         BenQ şirkəti fotoqraf və videoqraflar üçün nəzərdə tutulmuş yeni monitorunu təqdim edib. Şirkətin yeni monitoru BenQ SW242Q adlanır. Beləliklə bu yeni monitor 60 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1600 piksel keyfiyyətli 24.1 düym IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 400 nit təşkil edir və o, sRGB rəng diapazonunun 100%-ni, DCI-P3 rəng diapazonunun 98%-ni, Adobe RGB rəng diapazonunun isə 90%-ni əhatə edir. Üstəlik ekran 10 bit-lik rəngləri dəstəkləyir. Ekran təsviri HDR10 formatında əks etdirməyi bacarır. Bu monitorun əsas fəırqləndirici özəlliklərindən biri də odur ki, o, SDXC kart oxutma girişinə sahibdir. Monitor özündə USB 3.1 Type-A, USB Type-B, DisplayPort 1.4, HDMI 2.0 USB-C girişlərini birləşdirir. USB-C vasitəsilə digər cihazları şarj etmək mümkündür. Bunun üçün o, 90 vatt çıxış gücünə sahibdir. BenQ SW242Q artıq satışa çıxıb və onun qiyməti 480$ təşkil edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    4K keyfiyyətli BenQ PD3225U monitoru təqdim edilib - QİYMƏTİ
    4k-keyfiyyetli-benq-pd3225u-monitoru-teqdim-edilib-qiymeti
    BenQ Mobiuz EX321UX gaming monitoru təqdim edilib
    benq-mobiuz-ex321ux-gaming-monitoru-teqdim-edilib