main-post-cover

    Samsung, bəzi iPhone-ların zəngli saatı işləmədiyi üçün Apple-i ələ salmağa başlayıb!

    Digər
    03.05.2024
    Chinara Pardashunas

         Ötən günlərdə bəzi iPhone modellərinin iOS 17 yeniləməsindən sonra zəngli saatının işləmədiyi xəbərini sizlərlə bölüşmüşdük. Görünən odur ki, Samsung bu xəbəri eşidər-eşitməz Apple-i ələ salmağa başlayıb.

         iPhone istifadəçiləri zəngli saatlarının işləmədiyi barədə şikayətlərini bildirdikdən sonra, Apple mövzu barədə açıqlama edərək problemi bir sonrakı yeniləmədə aradan qaldıracağını bildirmişdi. Hələ Apple problemi aradan qaldıracaq yeniləməni təqdim etmədən, artıq Koreya nəhəngi bu problemi öz rəsmi səhifəsində ələ salmağa başlayıb. 
    View post on Instagram
     
         Samsung şirkəti "samsunguk" rəsmi Instagram səhifəsində paylaşdığı bir görüntüdə "zəngli saat mahnısı ilə DJ-lik edən" və eyni zamanda "rəqs edən it" videosu paylaşıb. Videonun üzərində "Zəngli saatlarımızın işləyəcəyinə əmin ola bilərsiniz", açıqlamasında isə “Samsung istifadəçiləri bu gün vaxtında yuxudan oyanıblar” sözləri qeyd edilib. Paylaşılan görüntülərdən və yazılardan Samsung şirkətinin Apple-i ələ saldığı açıq-aydın görünür.
         Onu da qeyd edək ki, Samsung birinci dəfə deyil ki, bu şəkildə Apple-i ələ salır. Bu tip paylaşımlar artıq 10 ildir ki, var. Məsələn, bir neçə il əvvəl Samsung, "Galaxy Note" seriyasının iPhone-dan nə qədər yaxşı olduğunu göstərən videonu YouTube səhifələrində paylaşmışdı.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    OneUI 6.1 istifadəçi interfeysi Samsung Galaxy S21, S22, Galaxy Z Fold 3 və Z Flip 3 smartfonları üçün istifadəyə verilib
    oneui-61-istifadeci-interfeysi-samsung-galaxy-s21-s22-galaxy-z-fold-3-ve-z-flip-3-smartfonlari-ucun-istifadeye-verilib
    Samsung Galaxy F55-in Çində satılan Galaxy C55 5G-nin qlobal versiyası olacağı təsdiqlənib
    samsung-galaxy-f55-in-cinde-satilan-galaxy-c55-5g-nin-qlobal-versiyasi-olacagi-tesdiqlenib
    Google Search-ün Safari brauzerində istifadəsi səbəbilə Google Apple şirkətinə milyardlarla dollar vəsait ödəyib
    google-search-un-safari-brauzerinde-istifadesi-sebebile-google-apple-sirketine-milyardlarla-dollar-vesait-odeyib
    Samsung Galaxy S25 Ultra-nın əsas arxa kamerası dəyişilməz olaraq qala bilər
    samsung-galaxy-s25-ultra-nin-esas-arxa-kamerasi-deyisilmez-olaraq-qala-biler
    3-cü nəsil Apple Watch Ultra-da ciddi dəyişikliklər olmaya bilər
    3-cu-nesil-apple-watch-ultra-da-ciddi-deyisiklikler-olmaya-biler