1 il ərzində qalaktikada nə qədər ulduz yaranır?

149

Böyük qalaktikalar sözün əsl mənasında sürətlə böyüyə bilirlər.

Bu cür qalaktikalarda isə inanılmaz sayda ulduzlar yarana bilir. COSMOS 11494 qalaktikası Yer kürəsindən 10.7 milyard işıq ili uzaqlığında yerləşir. Yəni biz o qalaktikanı, 3.1 milyard il yaşı olduğu bir vəziyyətdə görürük. COSMOS 11494, alimlərin, tərkibində dəmir maqneziumun miqdarını ölçdükləri ən uzaq qalaktikalardan biridir. Bu elementlər bir arada həmin qalaktikada ulduzların hansı sürətlə yaranmasını göstərir. Maqnezium, yüksək kütləli ulduzların partladıqları zaman kosmosa yayıldıqları halda, insanların qanında olan dəmir isə cırtdan planetlərin, yaxınlıqlarında olan ulduzlardan aldıqları materiallar nəticəsində partlayan zaman əldə olunmuşdur. Bu proses isə olduqca ləng gedir.

Maqneziumun miqdarının çox olması onu göstərir ki, qalaktika, ulduzların yaranma prosesindən daha tez keçmişdir. COSMOS 11494-də isə indiyənə kimi qeydə alınmış qalaktikalar siyahısından daha çox maqnezium miqdarına sahibdir. Bu isə o deməkdir ki, orda ulduzlar inanılmaz sürətlə yaranıblar. Bu sürətli proses 100-500 milyon il ərzində davam edib. Lakin sonradan bilinməyən səbəblərə görə bu proses dayanıb. Qalaktikanın ulduzlar üzrə kütləsi, bizim Süd Yolu qalaktikasının kütləsindən 5 dəfə böyükdür. Əgər bu göstəricini ulduzların yaranma dövrünə bölsək onda Yer kürəsindəki 1 il müddəti üzrə həmin qalaktikada 600-3000 ulduz yaranmışdır. Əgər biz hansısa möcüzəvi yolla COSMOS 11494 qalaktikasını indiki vəziyyətində görə bilsəydik onda o bizə Virgo ulduz sistemindəki M87 qalaktikası kimi ellips formalı qalaktika kimi görünəcəkdi.