main-post-cover

    1 milyard istifadəçinin hesabı oğurlandı

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Yahoo-ya edilən hacker hücumu miqyasca ən böyüyü ola bilər.

    Texnologiya inkişaf etdikcə onunla bərabər gələn təhlükələr də böyüyür. Əvvəllər 5 milyon insanın məlumatlarının oğurlanması böyük bir hadisə hesab olunurdusa, indi bu rəqəm daha irəli səviyyədədir. Belə ki, keçdiyimiz günlərdə Yahoo-nun 1 milyard istifadəçisinin hesabı oğurlandı.
    Yahoo-dan edilən açıqlamaya görə 2016-cı ilin avqust ayında ortaya çıxan boşluqdan istifadə edən hackerlər 1 milyard istifadəçinin bütün məlumatları oğurlayıb. İlk əvvəl Yahoo bu mövzuda bir qədər susmağa üstünlük versə də sonradan hadisəni təstiq etməyə məcbur oldu.

    Hackerlərinin oğurladığı məlumatlar arasında telefon nömrələri, e-mail ünvanları, şifrələr, ev ünvanları, fotolar yer alır.
    Qısaca, bir qrup hacker dünyadakı 15% insanın məlumatlarının vacib bir hissəsini ələ keçirib. Əgər sizin də Yahoo hesabınız varsa, onun şifrəsini dəyişməyiniz məsləhətdir.
    Linki kopyala