1 milyon abunəyə intim videosunu paylaşacağına söz verdi (18+) (VİDEO)
Sosial Media
07.05.2017
Farid Pardashunas
YouTube-un "zayının çıxdığı” vaxtlara xoş gəldiniz. Qısa bir müddət əvvəl çəkilən video, internetdə viral olmağı bacardı. Bəs bu necə oldu?
YouTube gözəl
bir məcradır . Burada özünüzü tanıda bilər, kanalınız sayəsində bir çox insanla
əlaqədə ola bilərsiniz. Söz etdiyimiz nəhəng bir platforma olduğu üçün, işi fərqli
yerlərə aparan və platformanın səviyyəsini aşağı çəkən insanlar olacaqdır.
Eynilə birazdan paylaşacağımız hekayə kimi.
YouTube-un ən qəribə viral videolarından biri
Bugünə qədər
YouTube üzərindən axmaq deyə adlandıra biləcəyimiz çoxlu hadisələr gördük amma Lena the Plug işləri bir addım irəli aparmağı təəssüf ki bacardı. Özü sadəcə
bir aydır YouTuber olan Lena the Plug indidən ciddi izlənmə sayına və 100 mindən çox abonəyə sahibdir. Qeyd edək ki, Youtuber son üç gündə 50 mindən artıq yeni
izləyici toplayıb.
İzləyici
sayı və çəkdiyi absurd videolar bəs etməmiş olacaq ki, indi də maraqlı bir vlog
ilə 1 milyon abunə sayına çatmağı hədəfləyir. Aşağıda paylaşacağımız videonun məzmununa görə 1 milyon abunə sayına
çatdıqda onlar üçün 18+ intim video çəkəcək. Daha əvvəllər porno videolar çəkməyə
çalışdığını amma o işə isinə bilmədiyini deyən Lena the Plug, intim videolar çəkməyin
daha cəzb edici olduğunu söyləyir.
Hazırladığı
videonun diqqət cəlb edici olduğuna şübhə yoxdur. Video hazırda 1 milyona yaxın
bir izlənmə ilə viral olmağı bacarıb.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)