main-post-cover

    1 milyondan çox Google hesabı təhlükədədir!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Yaşadığımız dövrdə hər gün yeni bir hack xəbəri yer almaqdadır. Bir çox hackerlər müxtəlif məzmunlu tətbiq və proqramlar hazırlayaraq insanları aldada bilirlər. Belə təhlükəli tətbiqlərdən biri də Gooligan adlanır. Gooligan adlı zərərli tətbiq Android platformalı cihazları və Google hesablarını təhlükə altında qoymaqdadır.
    Check Point adlı təhlükəsizlik şirkətinin verdiyi məlumata görə Gooligan ilk olaraq 2013-cü ildə ortaya çıxıb və tətbiq 1 milyondan çox Android cihazda yer almaqdadır. Zərərli tətbiq cihazlara tətbiq quraşdırması etməkdədir və gündə 13.000 cihazı ələ keçirməkdə davam edir.
    Xüsusilə tətbiq Android 4.0 (Jelly Bean, Kit Kat) Android 5.0 (Lollipop)cihazlarına təsir edir. Tətbiqin zərərsiz hesab olunan 86 tətbiqin içində yer aldığı bildirilir. Gooligan-dan Avropada 9%, Asiyada isə 57% istifadəçi ziyan çəkib.
    Bu zərərli tətbiq əsas etibarilə iki proseslə nəzərə çarpır. Bunlardan biri tətbiq telefonunuza yüklənərsə, sizin Google hesablarınızı ələ keçirir, ikinci halda isə sizin icazəniz olmadan telefonunuza tətbiqlər yükləyərək, onlara qiymət verir.

    Amma Google bu tətbiqin qarşısını alan proqramı artıq istifadəçilərə təqdim edib. Onu da qeyd edək ki, problem əsasən son illərdə yenilənmiş Android əsaslı telefonlar üçün heç bir təhlükə daşımır.
    Check Point-in verdiyi məlumata əsasən Gooligandan zərər görmüş tətbiqləri burdan baxa bilərsiniz.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər