1 TB-lıq SD Kart Təqdim edildi!

319

SanDisk tərəfindən təqdim olunan 1 TB yaddaş həcminə sahib olan SD kart, çox güman ki noutbuklardan və daha bir çox cihazdan daha çox yaddaş sahəsi təklif edəcək.

1 Terabayt yaddaş sahəsi təklif edəcək bu SD kart kifayət qədər uğurlu olacağa bənzəyir. Yeni SDXC kart haqqında bilməli olduğunuz vacib bir şey də budur ki, əlimizdə sizinlə paylaşacağımız bir çıxış tarixi və qiymət aralığı yoxdur.


Əslində SanDiskin bazarda 521 GB-lıq SD kart modelləri mövcuddur, yəni bu inkişafın olması bir nöqtədən sonra qaçınılmaz idi. Bəs, niyə bu qədər yaddaş sahəsinə ehtiyacımız var? Əvvəla, yeni nəsil 4K və 8K video çəkimlərində, 360 dərəcəlik çəkimlərdə və VR-da belə geniş sahə təklif edən bir SD kart həyat qurtarıcı ola bilər. 

Normalda belə bir həcmli kartın gecikdiyini belə deyə bilərik. Yenə də belə bir həcmin idarəsini də düzgün formada aparmaq lazımdır. 1 TB-lıq videoların olduğu bir SD kart tamamilə pozulsa yüksək miqdarda video və şəkilləriniz yox ola bilər.