1 yaşında olsa da indiyə qədər 1 milyon dollar qazanan Instagram fenomeni uşaq
Sosial Media
07.05.2017
Farid Pardashunas
15 aylıq uşaq olan Harlen Bodhi White, anasının çəkdiyi şəkillərlə Instagram-ın son dövrlərdəki fenomenlərindən oldu. Harlen, inidyə qədər anasının çəkdiyi şəkillərin sayəsində 1 milyon dollar qazanc əldə edib.
Instagram, biraz ağıllı istifadə etdikdə və
biraz da şansla hərkəsə qazanc təmin edən sosial şəbəkə
platformalarından biridir. Ötən il 13 yaşında olarkən əzələli bədəni ilə etdiyi
paylaşımlar səbəbindən fenomen olan Dash-ı xatırlayarsız. 22 yaşındakı başqa
bir fenomen Danielle Bernstein də
paylaşdığı moda məzmunlu şəkilləri ilə gündə 15 min dollara yaxın qazanc əldə
edirdi. İndi isə bu fenomenlərin arasına yeni, balaca bir üzv daxil oldu: Harlen
Bodhi White.
Harlen, anasının çəkdiyi şəkillərlə
Instagram-ın son dövrlərdəki fenomen istifadəçilərindən oldu. Hələ 15 aylıq
olmasına rəğmən 187 min izləyicisi olan uşağa bir çox brenddən iş təklifləri gəlib.
Əlavə olaraq uşaq modelliyi də edən Harlen bu zamana qədər bir çox brendin
geyimlərini geyinib reklamını edib. Anası Chelsea White, Harlen-in bu zamana qədər1074 şəklini çəkib və paylaşıb. O şəkillərdən bəzilərini aşağıda paylaşdıq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Xiaomi 14 seriyasına süni intellekt əlavə ediləcək!