drzeka zeka kartları

10-cu ilə özəl modelin adı iPhone X olacaq

08.05.2017 0 PAYLAŞIM 6501 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

iPhone X ilə bərabər Apple, yepyeni bir konsept ilə istifadəçiləri görüşdürəcək. Bəs, 10-cu ilə özəl inkişaf etdirilən iPhone niyə iPhone X adını alacaq?

iPhone 7-nin bazara təqdim edilməsindən sonra, indi gözlər yeni iPhone telefonuna çevrilmiş vəziyyətdədir. Apple-ın yeni telefonu üçün seçiləcək ad böyük maraq mövzusudur.

iPhone X düzgün seçim ola bilər

Normal şərtlər altında yeni iPhone modelinin iPhone 7s olacağını gözümüz bağlı deyə bilərdik. Amma 2017-ci normal bir il deyil, ən azından Apple üçün. iPhone-un yeni model olaraq iPhone 8 adını seçəcəyi deyilsə də ortaya başqa bir ad çıxdı.


10-cu ilində iPhone markası, iPhone 8 və hətta iPhone 9 adlarını keçərək xüsusi bir model istehsal edəcək. Forbes-ə görə, bu ad iPhone X olacaq. Həm əvvəlki iPhone modellərindən olduqca fərqli bir formada, həm də Roma Rəqəmləri əsas götürüldüyündə X, Apple-ın istədiyi qarşılığı verir.

Apple-ın belə bir ad seçəcək olmasının ən böyük səbəbi isə, iPhone-ların standart model sıralamasını pozmayacaq olmasıdır. Yəni bir sonrakı il iPhone 8 olaraq davam edilə biləcək.

Baxaq görək bu iddia düzgün çıxacaq mı?