drzeka zeka kartları

10 dəqiqədə tamamilə enerji toplayan 5000mAh-lıq Powerbank!

08.05.2017 0 PAYLAŞIM 7706 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

Çinli bir startup olan WPG, qrafen texnologiyası ilə yeni bir powerbank istehsal etdi. 10 dəqiqədə 5000 mAh enerji toplayan cihazın istehsalı üçün crowdfunding üsulu ilə pul toplanılır.

Çinlilər yerlərində dayanmırlar. Huawei-nin Watt laboratoriyaları ilə birlikdə rəsmiləşdirdiyi qrafen əsaslı mobil cihaz batareya sınaqları, hərkəsin diqqətini cəlb etmişdi. İstifadəçilər firmanın uzun müddət dözümlü batareyalarını gözləyərkən yeni bir firma olanWPG, yenə qrafen texnologiyası ilə hazırlanmış powerbank-ı bazara çıxartmağa hazırlaşır.

Kiçik bir startup olan WPG-nin, icad etdiyi powerbank-ları ticariləşdirmək üçün sərmayəyə ehtiyacı var idi. Jindong-da crowdfunding üçün siyahıya qoyduqları məhsullar üçün təyin olan hədəf 100.000 yuan idi. Ancaq bu sürətlə reallaşdı, hətta 100.000-i keçdi belə. 216.810 yuan toplayan firmaya dəstəklər qarşıdaki 11 gün ərzində davam edəcək.


Powerbank-ın10 dəqiqədə 5000 mAh şarj etmə xüsusiyyəti istifadəçilərə təsir etdiyindən, onlar bu qədər çox dəstək toplaya bildilər. İnkişaf etdirdikləri powerbank-ın 1000mAh həcmli bir versiyası və 12V/5A sürətli şarj xüsusiyyətinə sahib bir versiyası da mövcuddur. 5V/3A, 9V/2A və 12V/1.5A kimi versiyaları da olan cihazın verdiyi maksimum güc 18W-dur. Bütün bu xüsusiyyətləri ilə yanaşı həddindən artıq istiləşmə problemini də aradan qaldıran qrafen texnologiyası, həqiqətəndə böyük üstünlük təşkil edir.

WPG Graphene mobil powerbank;gümüşü, qara, qızılı və çəhrayı rəng seçimləri olaraq istifadəçilərə təqdim olunacaq. Crowdfunding-in sonlanmasından etibarən məhsulun tam qiymətinin açıqlanması gözlənilir.