main-post-cover

    10 ildən sonra insanları nə gözləyir?

    07.05.2017
    Farid Pardashunas

    ABŞ-dan olan futuroloq Raymond Kurzweil, növbəti 10 illikdə insanlıq barədə fikirlərini bildirib.

    Onun fikrincə yaxın zamanda insanlar qocalıq prosesinə və bütün xəstəliklərə qalib gələ biləcəklər. Sütun hüceyrələr insan orqanizminin cavanlaşmasına imkan yaradacaq. Tibbdə xüsusi laboratoriya şəraitində yaradılmış insan orqanları yayılacaq. Kurzweil-in sözlərinə əsasən artıq 2030-cu ildə insanların bütün energetik tələbatları ödənəcək. "Technote.az”ın "Gosindex.ru”a istinadən verdiyi xəbərə əsasən sivilizasiya isə tamamilə günəş enerjisinə keçid edəcək. Artıq, heyvan saxlayan fermalara ehtiyac qalmayacaq. Belə ki, insanlar süni ət ilə qidalanacaqlar. Mağazalara artıq heç kim getməyəcək. Çünki insanlar öz tələbatlarını elə evlərində 3D printer vasitəsilə ödəyə biləcəklər. Süni zəka da inanılmaz dərəcədə inkişaf edəcək. Futuroloq həmçinin virtual reallıq texnologiyasına da böyük diqqət ayırır. Onun fikrincə bu sahədə inkişaf o dərəcədə yüksək olacaq ki, insan virtual şəraitdə həmsöhbətdə olan digər şəxsi fiziki cəhətdən hiss edə biləcək. Tamamilə fərqli vizual mənimsəmə sayəsində isə dünya üzrə səyahət etmək daha asan olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər