main-post-cover

    10 Maddədə Biznes Plan hazırlamaq

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Münasibətlərdə ən vacib məsələ qarşı tərəfin sizi başa düşməsidir. Həyatımızı tək başımıza davam etdirə bilməyəcəyimizə görə münasibətlər barədə bildiklərimizi inkişaf etdirmək mütləqdir. Eynilə insanlar kimi startapların da münasibət qurmaq qabiliyyəti olmalıdır. Əgər yaxşı bir biznes planınız yoxdursa; potensial müştərilər, işçilər və investorlar şirkətinizi kifayət qədər anlamaya bilərlər.
    Vaşinqton Universiteti(WSU) 10 addımda biznes plan hazırlamağın incəliklərini paylaşıb. İnfoqrafikdəki maraqlı tərəflərdən biri isə kiçik şirkətlərin 27%-inin heç bir zaman bir iş planı hazırlamalarıdır. Siz bu səhvə yol verməyin və aşağıdakıları nəzərə alaraq bir plan hazırlayın:

    1-Layihənizin, şirkətinizin təmin etdiyi ehtiyacı ya da həll etdiyi problemi dəqiq olaraq bildirin
    2-Bu ehtiyacı ya da problemi necə həll edəcəyinizi açıqlayın
    3-Fərqinizi ortaya qoyun. Rəqiblərinizin güclü və zəif tərəflərini öyrənin. Sizi fərqli edən tərəflərinizi kəşf edin
    4-Komandanızı, vacib işçilərinizi təqdim edin
    5-Bazarınızdan danışın. Analizlərə və statistikalara yer verin, bazarın böyüklüyünü açıqlayın.
    6-Hədəf kütlənizin kimlər olduğunu açıqlayın
    7-Hədəf kütlənizə çatmaq üçün nələr etdiyinizi, edəcəyinizi açıqlayın
    8-Büdcənizi açıqlayın, Gəlir gözləntiləriniz, xərcləriniz, qiymət və satış strategiyanız vacibdir
    9-Başlanğıc və davam etmək üçün planlarınızı açıqlayın. Nə qədər büdcəyə ehtiyacınız olduğundan danışın, kredit götürüb götürməyəcəyinizi də bildirin
    10-Qazanc əldə etmək və şirkəti böyütmək, parlaq bir gələcək üçün real planlardan danışın.

    Linki kopyala