1000$-ın yoxdursa giriş qadağandır. Varlı insanların övladları üçün sosial şəbəkə

3669

Günümüzdə sosial şəbəkələrsiz keçinmək mümkünsüzdür. İnsanların ünsiyyət qurmağa və yeni insanlarla tanış olmağa ehtiyacları var.

FacebookTwitter kimi sosial şəbəkələrdən başqa eksklüziv sosial şəbəkələr də mövcuddur. Həmin sosial şəbəkələr müxtəlif növ insanlar üçün nəzərdə tutulmuşdur. Məsələn musiqiçilər, rəssamlar və s. Lakin Rich Kids adlı sosial şəbəkə sözün əsl mənasında yeni bir trend yaradacaq platformadır. İlk görünüşdən zarafat kimi görünsə də bu sosial şəbəkə varlı insanların övladları üçün nəzərdə tutulub və aylıq abunə haqqı 1000$-dır. Bu cür yüksək abunə haqqı ilə Rich Kids "ən eksklüziv sosial şəbəkə” adına layiqdir. Belə ki, digər məşhur sosial şəbəkələr istifadəçilərdən aylıq abunə haqqı tələb etmir. Bununla yanaşı siz sözgüdən sosial şəbəkədən Facebook səhifəniz vasitəsilə qeydiyyatdan keçə bilərsiniz. Lakin ondan o tərəfə getmək mümkün olmayacaq. "Technote.az"ın "Hi-news.ru"a istinadən verdiyi xəbərə əsasən sosial şəbəkənin əsas funksiyalarından istifadə etmək üçün siz 1000$ ödəməli olacaqsınız. Rich Kids-in yaradıcıları öz sosial şəbəkələrinin sloqanını bu cür tərtib ediblər. "1000$ sizin üçün bahalıdır? Deməli bu sosial şəbəkə sizin üçün deyil”.

Bu qədər yüksək abuna haqqının əvəzində istifadəçilər nə əldə edirlər? Qeydiyyatdan keçmiş istifadəçiyə zəmanət verilir ki, bu sosial şəbəkədə maddi cəhətdən imkansız heç bir insan qeydiyyatdan keçməyəcək. Belə ki, bu onun cibinə uyğun olmayacaq. Varlı olmayan gənclər sadəcə olaraq varlı yaşıdlarının necə yaşadıqlarına baxa biləcəklər. Adi insanlar sözügedən sosial şəbəkədə hər-hansı bir fotoya nə komment yaza biləcək nədəki istədiyi fotonu paylaşa biləcəklər. Günümüzdə sosial ədalətsizlik bu cür görünür. Əgər səni heç kim görmürsə varlı olmaq darıxdırıcıdır. Əgər siz düşünürsünüz ki, bu ideya çox mənasızdır, böyük ehtimal ilə siz haqlısınız. Lakin bu məsələdə bir fərqlilik var. Varlı gənclər öz bahalı geyimlərini, avtomobillərini, texnoloji cihazlarını və s. göstərişə qoymaq üçün aylıq 1000$ ödəyəcəklər. Əldə olunmuş vəsaitin 1/3 hissəsi isə uşaq xeyriyyəçilik təşkilatlarına bağışlanacaq. Varlı gənclərin hesabına inkişafda olan ölkələrdə yaşayan və maddi cəhətdən korluq çəkən uşaqlar qida, təhsil və tibbi yardım ilə təmin olunacaqlar. Beləliklə əslində bu layihə heçdə pis deyil.