main-post-cover

    128 GB daxili yaddaş sahəsi ilə Yeni Galaxy C9 Pro göründü!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Samsungun təxminən 6 ay əvvəl təqdim etdiyi flaqman səviyyəsindəki xüsusiyyətləriylə diqqət çəkən Galaxy C9 Pro-nun, bu gün yeni bir versiyası ortaya çıxdı.

    Son günlərdə adı tez-tez yeni flaqman Galaxy S8 ilə hallanan Samsung, bu gün 6 ay əvvəl təqdim etdiyi flaqman səviyyəsində ki xüsusiyyətləriylə diqqət çəkən Galaxy C9 Pro-nun, yeni bir versiyası TENAA təsdiqli aldı.
    Xüsusilə flaqman səviyyəsində texniki xüsusiyyətlərə sahib nisbətən əlverişli və böyük ekranlı bir smartfon telefon almaq istəyən istifadəçilər üçün çox yaxşı bir seçim olan Galaxy C9 Pro-nun, bu gün 128 GB-lıq versiyası TENAA təsdiqi aldı.

    SM-C9008 model nömrəsini daşıyan bu yeni Galaxy C9 Pro versiyasının ən diqqət cəlb edici xüsusiyyəti 128 GB-lıq (Daxili yaddaş sahəsinə) sahib olmasıdır. Əlavə olaraq bu yeni model 64 GB-lıq yaddaş sahəsinə sahib olan normal C9-dan fərqli olaraq yalnız Qara və Qızılı rənglərə sahibdir.
     

    Samsung Galaxy C9 Pro xüsusiyyətləri:

    Ölçülər: 162.9 x 80.7 x 6.9 mm 189 qram
    Ekran: 6 düymlü Super AMOLED 1080 x 1920 FullHD keyfiyyəti
    Prosessor: Qualcomm MSM8976 Snapdragon 653
    RAM: 6 GB
    Yaddaş sahəsi: 64 GB (256 GB-a qədər microSD kart dəstəyi mövcuddur)
    Kamera: 16 MP arxa, 16 MP ön kamera
    Əməliyyat sistemi: Android 6.0.1 Marshmallow
    Batareya: 4000 mAh
    Linki kopyala