main-post-cover

    13 Yaşındakı Startapçı 1 ildə 2.5 Milyon dollar pul qazandı

    Digər
    07.05.2017
    Farid Pardashunas

    İngiltərədə 13 yaşında ikən avtomobil sahiblərinə "vergi xatırlatma çeki" sataraq iş həyatına başlayan Harvey, bir il sonra işini böyüdərək milyonlar qazanmağa başladı.

    13 yaşında ikən yenilikçi bir startap fikri ilə işə başlayan Harvey Millington, sürücülərin vergi cəzası almaması üçün nə zaman ödəniş etməkləri lazım olduğu barədə çeklər hazırlamağa başladı. Sürücülər kağızdan hazırlanan bu çeklərin işlərinə yaradığını gördükcə daha çox sifariş verməyə başlamışdılar. Bir il içində minlərlə xatırlatma çeki satan Harvey, əldə etdiyi gəlir sayəsində satın aldığı bir ərazi üzərindən 2 milyon funt-sterlinq (4 Milyon Azn-dən çox) gəlir əldə etdi. Çekləri 13 yaşında ikən açdığı bir sayt üzərindən satan Harvey, əslində satdığı çeklərdən ilk olaraq 100.000 sterlinq əldə edibmiş. 10 min sterlinqə işlərini davam etdirə bilmək üçün bir avtomobil, 40 min sterlinqə də 4 Hektarlıq ərazi satın alan Harveyin aldığı bu ərazi, bir iş adamının ərazilərinin tam ortasında yer alırmış. Bu barədə də olduqca ağıllıca davranan Harvey, iş adamının təklif etdiyi 2 milyon sterlinq təklifini qəbul edərək gənc yaşda Milyoner olmuş oldu.

    İngiltərənin "The Mirror" qəzetinə reportaj verən Harvey, "Əslində bu qədər böyük bir məbləğ gözləmirdim. Açıqcası geri çevrilməsi çətin bir təklif oldu" dedi. Oğluna işə başlaması üçün ilk mərhələdə 2 min sterlinqlik bir kömək etdiyini bildirən atası, oğluna həyatda uğurlu olmağı öyrətdiyini, onsuz özünün də bu nəsihətləri alacaq potensiala sahib olduğunu da əlavə etdi.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər