14 yaşlı qız "Facebook"u məhkəməyə verdi

475

14 yaşlı amerikalı qız onun fotosunu pozmadığına görə "Facebook”u məhkəməyə verib.

İlk baxışdan söhbətin adi fotodan getdiyini düşünmək olar. Lakin söhbət 14 yaşlı qızın çılpaq fotosundan gedir. Digər bir şəxsin həmin fotonu intiqam fikri ilə paylaşması və sosial şəbəkənin fotonu pozmaması nəticəsində qız "Facebook”u məhkəməyə verib. "Technote.az”ın "Lenta.ru”a istinadən verdiyi xəbərə əsasən məhkəmə şirkətin üzrünü rədd edib. Qızın vəkillərinin sözlərinə görə foto bir neçə dəfə sosial şəbəkədə paylaşılmışdı. Onlar fotonu pozmağı tələb etsələrdə sosial şəbəkədən heç bir reaksiya ala bilməmişdilər.

İndi isə "Facebook”u məlumatların qorunma hüquqlarının pozulmasına görə ittiham edirlər. Fotonu hamıya açıq səviyyədə paylaşan şəxsin nümayəndələrinin sözlərinə əsasən bu əməlin edilməsində əsas səbəb kimi intiqam hissi durur. Mütəxəssislərin bildirdiklərinə görə "Facebook” qanunu pozmuş istənilən fotonu operativ pozmağa qadir imkanlara sahibdir. Qeyd etmək lazımdır ki, uşaq pornoqrafiyasının yayılmasının qarşısını almaq üçün "Facebook” "Microsoft” tərəfindən yaradılmış PhotoDNA sistemindən istifadə edir. "Facebook” isə sistemin bu dəfə nə üçün düzgün şəkildə işləmədiyi haqqında heç bir açıqlama verməyib.