main-post-cover

    15 yaşındakı qızdan "kiber təcavüz"ün qarşısın alacaq tətbiq.

    Elm & Texnologiya
    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    07.05.2017
    Farid Pardashunas
     

    Sosial mediadan pis məqsədlərlə istifadə edən, qızları təhdid edən, söyüş yazan və onları intihara məcbur edən insanlar da mövcuddur.

    Bu tip insanlar əsasən ərgənlik dönəmini keçirən kişilər olur. Xanımlara qarşı kiber cinsi zorakılıqda olan, daima onlara münasibət təklif edən və bəzən də onları təhdid edən insanlara qarşı bu hadisələri öz üzərində yaşamış və bunu problem kimi görən 15 yaşındakı proqramçı xanımdan mükəmməl bir cavab gəlib.

    15 yaşındakı amerikalı Trisha Prabhu adlı xanım bu tip hərəkətlərdən bezdiyini dilə gətirib və 2013-cü ildə kiber təcavüzkarlıq barəsində bir məqalə oxuduqdan sonra bu fikrə düşdüyünü bildirib. Yaşadığı əyalətdə bu tipli halların nəticəsində kiber zorakılıq və kiber təhdidlərdən sonra 11 nəfər gənc qız intihar etmişdi. Bütün bu probmlemləri göz önünə gətirən Trisha Prabh-u bu mövzu ilə bağlı tətbiq hazırlayıb. ReThink  adlanan tətbiqin məqsədi bu tipli yazılan mesajların önünə keçməkdir. Prabhu-u 2013-cü ildə oxuduğu bir məqalədə bunlar qeyd olunmuşdu: "Ərgən beyni əyləci olmayan maşın kimidir". Sırf bu sitatdan sonra bütün bunların önünə keçməyi qarşısına hədəf qoyan bu balaca xanım, məqsədinə böyük ölçüdə nail olub.
     
    ReThink tətbiqinin çalışma mexanizmi sadədir: sizi təhqir edən, müxtəlif təkliflər edən və sizi kiber zorakılığa məruz qoyacaq mesajları müəyyən edərək, mesajı açmamış sizə dərhal bildiriş göndərərək xəbərdarlıq edir. 1500 ərgən üzrərində test edilən bu tətbiq 93% effektli olub və hal hazırda inkişaf etdirlir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər