main-post-cover

    1500$-lıq Samsung Veyron qapaqlı smartfonu haqqında məlumatlar sızdırılıb

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    İnternetə "Samsung” şirkətinin yeni flaqman qapaqlı smartfonu Samsung SM-W2017 haqqında məlumatlar sızdırılıb.

    Qeyd etmək lazımdır ki, smartfon rəsmi olaraq hələ anons olunmayıb. Texniki göstəricilərrindən əlavə olaraq sözügedən modelin fotoları da yayılıb. İlkin məlumata əsasən şirkətin bu modeli indiki zamanda nadir rastlandı halına gələn qapaqlı telefon tərzindədir və rəqəmsal klaviaturaya sahibdir. Digər adı Veyron ilə tanınan smartfon, iki ədəd 4.2 inç-lik Full HD ekran (Always On rejimli), Qualcomm Snapdragon 820 prosessoru, 4 GB RAM, 64 GB daxili yaddaş və Quick Charge 3.0 funksiyalı 2000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Kameraya gəldikdə isə smartfgon 12 MP arxa və 5 MP ön kameraya sahibdir. Samsung Veyron Android 6.0.1 Marshmallow əməliyyat sistemi vasitəsilə çalışacaq. Smartfonun təqribi qiyməti isə 1500$ olacaq.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər