main-post-cover

    16 yaşlı məktəbli, öz saytını 6 milyon dollara satmaqdan imtina etdi

    Digər
    07.05.2017
    Farid Pardashunas

    Britaniyadan olan Mohammed Ali adlı 16 yaşlı məktəbli öz saytını 6 milyon dollara satmaqdan imtina edib.

    Məlumata əsasən Mohammed Ali, öz 60 yaşlı şəriki Chris Thorpe ilə birlikdə fərqli bir servis yaradıb. Belə ki, Weneed1.com servisi, bazarın təqdim etdiyi məhsulların qarşılaşdırılması və sərfəli qiymətə tapılması üzrə fəaliyyət göstərir. Sayt ilə amerikalı investorlar maraqlanıblar və keçən ilin Dekabr ayının əvvəlində Mohammed-ə, layihəni 6 milyon dollara satmağı təklif ediblər. "Technote.az"ın "The Sun"a istinadən verdiyi xəbərə əsasən bu qiymətli təklifə baxmayaraq Mohammed ondan imtina edib. Onun sözlərinə görə əgər ideya və konsepsiyaya görə bu cür məbləğdə pul ödəyirlərsə deməli gələcəkdə servis daha da bahalaşacaq. "Mən başa düşürəm ki, bu böyük riskdir. Lakin mən öz şəxsi işimi yaratmaq istəyirəm” – deyə Mohammed bildirib. Qeyd etmək lazımdır ki, hələ 2014-cü ildə Mohammed, ayı 7.5$ abunə haqqı olan oyun yaradaraq 40.000$ qazanmışdır. "Mən hər şeyi kitablardan və YouTube videolarından öyrəndim. Hər şey məktəbdə verilən təhsil ilə həll olunmur. Təhsil sistemi bir qədər pisləşib. Mən insanları ilhamlandırmaq istəyirəm. Hər həftənin cümə günü doyunca içki içən gənclərə nifrət edirəm” – deyə Mohammed əlavə edib.Weneed1.com saytının tam versiyası isə bu ayın 28-i təqdim olunacaq.
     
    Linki kopyala