main-post-cover

    17 ildir Nokia 3310 işlədən adam ilə reportaj

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    49 yaşındakı Dave Mitchell, eyni telefonu 17 ildir istifadə edərək bir rekorda imza atır. Mitchell-ə görə, Nokia 3310 ən çətin şəraitə belə asanlıqla tab gətirə bilib.

    Hazırda 49 yaşında olan Dave, ömrünün 17 ilini Nokia 3310 ilə keçirmiş biridir. İngilis mətbuatı, "İngiltərədəki ən köhnə mobil telefonun” onun olduğunu vurğulayır və istifadə etdiyi 17 yaşında modeli diqqətə alaraq Nokia 3310 modelinin başına gələnləri incələyir.
    3310təhlükəsiz, yığcam və həddindən artıq dözümlü telefondur. Həmçinin bu telefon üzərində edilən hər cür qəribə testə dözməyi bacardığı üçün də təqdirə layiq hesab olunur.
    3310-un sahibi Mitchell telefonunun İraqda bir əskərin cibində tapıldığını, bir neçə dəfə cibində yuyulmuş olduğunu və hələ də sadəcə "iki həftədə bir dəfə” şarja ehtiyacı olduğunu vurğulayır.

    Mithchell,The Sun qəzetinə verdiyi müsahibədə belə bildirir:
    "Yazıq cihaz mənimlə çox mübarizə apardı. Telefon bu günə qədər bəlkə 1000 dəfə əlimdən yerə düşüb. Hətta dəfələrlə paltaryuyan maşında yuyulub. Onu hər dəfə təmizlədim, qurudub təkrar yandırdım və işləməyə qaldığı yerdən davam etdi. Elə bil kriptonitdən hazırlanıb (Superman-ı incidə bilərsiniz amma zərər verə bilmərsiniz). 3310, əlbəttə illər içində bir neçə yara izi aldı, ancaq hələ də yaxşı vəziyyətdədir. Mən interneti sadəcə kompüterdə istifadə etməyə üstünlük verirəm və mövcud ağıllı telefon dünyasından gələn mənasız xəbərlərə nifrət edirəm. Cihazın tək böyük mənfi cəhəti, özünə bir sms və dəqiqə paketləri təklif edəcək mobil operator tapa bilməməsidir. Bir neçə il əvvəl oğlum, mənə internetə girə bilən bir ağıllı telefon verdi. Lakin qısa müddətdə sıxıldım. Ehtiyaclarım çox sadədir: Bir ədəd kalkulyator, SMS, telefonla danışa bilmək və Snake 2.”
    Mitchellin telefonunun İngiltərədə hələ də istifadə edilməkdə olan ən köhnə telefon olduğu müdafiə edilir. Nokianın sözügedən modelinin 126 milyon ədəd satıldığı düşünülərsə, Mitchelldən belə köhnə istifadəçiləri mövcud ola bilər. Bəs siz telefonunuzu neçə ildir istifadə edirsiniz?
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər