main-post-cover

    18 yaşlı startapçı 3.5 milyon dollar investisiya aldı

    Digər
    07.05.2017
    Farid Pardashunas

    18 yaşlı Ido Gino adlı startapçı 3.5 milyon dollar yatırım alıb. Gino proqramların bir-biri ilə əlaqəsini təmin edən RapidAPI adlı şirkətin qurucusudur

    RapidAPI adlı startap qrupunun əsas məqsədi tətbiqlərin bir-birinə inteqrasiyasını təmin etməkdir. Startapçı FundersClub, SV Angel, Green Bay Advisors500 Startups kimi nüfuzlu qruplardan 3.5 milyon dollaradək investisiya almağı bacarıb.
    18 yaşlı gənc, yerli startap yarışı olan hackatonda Don Morav adlı investorun diqqətini cəlb edib. O, Ginoya 250.000 dollar investisiya verərək onun ABŞ-a köçməsini və şirkəti qurmasını təmin edib. Qeyd edək ki, Don Morav özü mələk investor olub.
    RepidAPI şirkəti
     
    Əslində Gino üçün təklif olunan investisiya bir qədər maksimal rəqəm kimi görünsə də əslində Amazon.com 14 ildir bu işi həyata keçirməyə çalışır. Bu layihənin əsas məqsədi digər tətbiqləri belə demək mümkünsə bir-biri ilə əlaqələndirməkdir. Tətbiqlərin belə asanlıqla əlaqələnməsi proqram sistemlərini ortaya çıxara bilir. RapidAPI hal-hazırda 200-dən çox API-ni dəstəkləməkdədir. Ginonun şirkətində hal-hazırda 16 nəfər işçi çalışır. Amma Gino bir il içində şirkəti 10 dəfə böyütmək istədiyini bildirir.
    Linki kopyala