main-post-cover

    2 həftədə 1 milyon dəfə yüklənən iOS tətbiqi FaceApp-ın Android versiyası çıxdı!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    iOS dünyasında birdən-birə məşhurlaşan FaceApp adlı tətbiq, şəkil redaktə etmə texnologiyası ilə çox danışılırdı. Tətbiq, indi də Android üçün hazırlandı!

    Android istifadəçiləri, nəhayət ki iOS-un məşhur tətbiqi FaceApp-ı istifadə edə biləcəklər. Beləki, Google Play-ə yüklənən tətbiqə marağın yüksək olması gözlənilir. Tətbiqin developer, Mashable-a verdiyi müsahibədə, tətbiqin 2 həftədə 1 milyon iPhone istifadəçisinə çatdığını bildirmişdi.

    Tətbiq 6 ayrı bölgədə ödənişsiz tətbiqlər siyahısında 1-ci olub. Əlavə olaraq tətbiqdə ilk zamanlar reklam olmayacaq. Çünki serverlərin reklamın yaradacağı əlavə yükü daşıya biləcəyi hələ test edilməyib.
    Filter-i Snapchat-dən çox fərqli bir xüsusiyyətə sahib olan FaceApp, insan üzünün parçalarına fokuslanıb. Üzlərə müxtəlif quruluşlar vərə bilən bu tətbiq ilə bağlı bir ağıza diş qoya bilməklə yanaşı özünüzü asan bir şəkildə qocalda bilərsiniz.
     
    Adını demək istəməyən bir rus developerə görə bu tətbiq, süni sinir şəbəkələrini maşın dili öyrənməsi metodu ilə əlaqələndirir və ortaya belə möhtəşəm görüntülər çıxır. Uzaqdakı serverlər məlumatları emal edərkən, tətbiq şəkilləri gerçək edən kiçik modifikasiyalar edir. Android üçün Buradan tətbiqi yükləyə bilərsiniz.
    Linki kopyala