main-post-cover

    20 illik bir dövr 3 dəqiqəlik videoda. "Apple" saytının təkamülü

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Artıq 16 ildir ki, biz yeni əsrdə yaşayırıq. Lakin buna baxmayaraq bəzən bizə elə gəlir ki, yeni heçnə baş vermir. Keçmiş və indiki zaman arasındakı uçurumu bizi əhatə edən cihazlarla keçmiş əsrin sonunda çıxmış cihazları fərqləndirərək görmək olar. Və yaxud bu illər ərzində çox dəyişmiş internetə nəzər salmaq kifayətdir. Məsələn biz IT üzrə dünyanın ən böyük şirkəti "Apple”ın saytının bu illər ərzində necə təkamül keçirtdiyinə baxa bilərik. Şirkətin qrafikalı və düyməli ilk saytı 1996-cı ildə fəaliyyətə başlamışdır. Məhz bu ildə iflasın uçurumunda olan şirkətə Stiv Cobsgeri qayıtmışdı. Həmin vaxtda diqqət mərkəzində olmuş məhsullar Mac OS 8, PowerBook noutbook-ları və Newton OS əməliyyat sistemli cib kompüterləri idi. 1 ildən sonra isə Cobs-un təsiri hətta şirkətin saytın da belə hiss olunur. Sayt dizaynı tamamilə dəyişmiş və istifadəçiləri yeni məhsul iMac ilə qarşılayırdı. 2000-ci ildə "Apple” saytı infrastrukturu müasir sayta bənzəyir. Qeyd edək ki, şirkət keçən il saytın dizaynını yenidən dəyişərək sayta yeni funksiyalar əlavə etmişdir.
     

     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər