main-post-cover

    Samsung Galaxy Note 5 Azərbaycanda təqdim olundu.

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
     
    22 oktyabr Fairmont otelində Samsung Azərbaycanın təşkilatçılığı əsasında baş tutan tədbirdə Galaxy Note 5 smartfonu ilə yanaşı Galaxy Gear S2 ağıllı saatının təqdimatı həyata keçirildi. Azərbaycanda Note 5 iki rəng çaları (qara və qızılı) və 32 gb daxili yaddaşla satışa çıxarıldı.
    Tural Əsədovun təqdimatı ilə başlayan tədbirdə Samsung Electronics-in regional prezidenti Bong Choi Doo səhnəyə dəvət olundu. Açılışa Azərbaycan dilində "Salam" deməklə başlayan cənab Choi şirkətin məqsədləri, planları və uğurları haqqında danışdı. Prezident çıxışına yekun vurduqdan sonra yeni modellərin təqdimatını həyata keçirmək üçün səhnədə Samsung Rusiya təmsilçisi Mariya Stoyeva göründü.
     
     
    Əvvəlcə Note 5 haqqında geniş informasiya verən xanım eyni zamanda Galaxy Gear S2 ilə hərkəsi tanış etdi. Bununla tədbirin 1-ci hissəsi başa çatdı. Qısa fasilədən sonra Tural Əsədov Samsung Azərbaycan şirkətinin sosial mediada keçirdiyi yarışmanın qaliblərini müəyyən etmək üçün iştirakçıları öz təqdimatların həyata keçirmək məqsədilə səhnəyə bir-bir dəvət etdi.
    Yarışmada 6-cı çıxış edən Fərid Pərdəşünas öz təqdimatı ilə izləyicilərin diqqəti cəlb etməyi bacardı.

     
    Qaliblər müəyyən olunduqdan sonra cənab Choi mükafatları təqdim etdi. Daha sonra səhnədə bir neçə məşhur simalar öz gündəlik həyatlarında Note seriyalarından necə istifadə etdikləri haqqında məlumat verdilər.


    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər