main-post-cover

    2016-cı ildə 10 Telefondan 9-u Android Əməliyyat Sistemini İstifadə Edir!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    2016-cı ilin 3-cü rübündə istehsal edilən hər 100 telefondan 88-i Android əməliyyat sistemi ilə işləyir. iOS satışları 5% düşüb, Android platformalı telefonlarda isə satış 10% artıb. Windows və BlackBerry-nin isə adı belə yoxdur. "Google” tərəfindən yaradılan əməliyyat sistemi, ilin üçüncü rübündə böyük bir artımla satılıb. Android, 2016-cı ildə istehsal edilən hər 100 telefondan 88-nin əməliyyat sistemidir. Əlavə olaraq bu ilki böyümə nisbəti ən çox olan əməliyyat sistemi də elə məhz Android-dir. "StrategyAnalytics” adlı tədqiqat və konsultasiya firmasının əməkdaşı Linda Sui, "Apple iOS, öz bazarının 12%-ni Android-ə uduzdu. BlackBerry və ya Microsoft Windows-dan heç bəhs etməyə belə dəyməz, onlar əriyib yox olublar” - deyə bildirib.
    Androidin bu vəziyyəti dəyişməz görünsə də bir çox problemlə qarşı qarşıyadır. Google PixelPixel XL-i bazara çıxardaraq bu əməliyyat sistemini məşhur edən telefon firmalarına əl altından meydan oxuyur. Sui-yə görə isə bu istehsalçı firmalar və Goole arasında bir problem yarada bilər. 2016-cı ilin üçüncü rübündə, 375 milyon smartfon istehsal edilib. Bu da keçdiyimiz il bu zamana görə 6%-lik bir artım olduğu mənasını verir. Bu il istehsal edilən iPhone miqdarı 5% düşərkən, Android əsaslı telefonların istehsalı 10% artıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər