main-post-cover

    2016-cı ildə Facebookda ən çox nələrdən danışıldı? (SİYAHI)

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    Bütün sürəti ilə davam edən il sonu statistikalarında sıra Facebookdadır. 2016-cı ilə Ümumi Bir Baxış siyahılarını paylaşan Facebook, sayları 2 milyarda yaxınlaşan istifadəçilərinin sosial şəbəkədə ən çox danışdıqları 10 mövzunu sıralayır. 

    Bununla birlikdə ilk dəfə ən çox marağa səbəb olan canlı yayımları da siyahı halına gətirən "Facebook", 2017-ci ildə video kateqoriyasına olan marağının artaraq davam edəcəyinə işarə edir. Xatırladaq ki, Facebook canlı yayım xüsusiyyətini keçdiyimiz Aprel ayında təqdim etmişdi.

    Facebook-un 2016-cı İlə Ümumi Bir Baxış siyahısında ən çox danışılan hadisələr bu formada sıralanır:

    1) ABŞ Prezidentlik Seçkiləri
    2) Braziliyanın siyasəti
    3) Pokemon Go
    4) "Black Lives Matter” (Qaraların Həyatı Dəyərlidir) hərəkatı
    5) Rodrigo Duterte və Filippin Prezidentlik Seçkiləri
    6) Olimpiyadalar
    7) Brexit
    9) Super Bowl (Amerikan Futbolu Çempionatı)
    10) Məhəmməd Əli
     

    Facebook-da 2016-cı ildə ən çox izlənilən canlı videolar isə bunlardır:

    1. Candace Payne, Chewbacca Mom
    2. Ted Yoder, Soundscapes
    3. Buzzfeed, Countdown to the next presidential election
    4. Atlanta Buzz, People are lining up to hug police officers in Dallas
    5. NBC News, Election results
    6. Under the Hood, Video of a truck completely carved out of wood
    7. Viral Thread, Population count from US to CA
    8. CNN, Election results on Empire State building
    9. Dena Blizzard, Pokemon Go for moms ”Chardonnay Go”
    10. Super Deluxe, Election map

    Facebook, 7 Dekabrdan etibarən bütün istifadəçiləri ilə "Facebook"da 2016-ci ilini necə keçirdiklərinə qısa özət keçən videoları paylaşır. Buna əlavə olaraq https://www.facebook.com/yearinreview2016  adresinə daxil olaraq, il boyu gözə çarpan aktivliklərinizə dair statistikaları görə bilərisiniz.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər