main-post-cover

    2016-cı ildə Google-da ən çox axtarılan şəxs məlum oldu

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Time jurnalı Google-da ən çox axtarılanlar siyahısını açıqlayıb. 2016-cı ildə bu siyahıya ən çox siyasətçi və müğənnilərin adı daxil olub.

    2016-cı ildə ən çox axtarılan, müzakirə olunan şəxs Amerikanın yeni seçilmiş prezidenti Donald Trumpdır. Bu haqda məlumat isə Time jurnalına məxsusdur.

    Trump dünyanın 88 ölkəsinin sorğusuna liderlik edib


    Təbii ki, söhbət dünyanın ən böyük güclərindən sayılan Amerikadan getdiyi üçün bu xəbərə təəccüblənmək olmaz. Amma burda Trumpın siyahıya liderlik etməsi seçki əsnasında bir çoxları üçün gözlənilməz nəticənin əldə olunması fikrini də ortaya atır. Çünki hətta bu mövzuda Facebook və Hillary tərəfdarları arasında da bir qədər narazılıq olmuşdu. Amerikada və bütün dünyada bir çoxları Hillarynin prezident seçiləcəyini gözləsə də sonda qələbəni Trumpın qazanması hər kəsin onun haqda daha yaxından maraqlanmasına səbəb oldu.
    Amma siyahıda Trump tək deyil. Siyahıda onu Brazilyanın keçmiş prezidenti Lula da Silva və Julio Guzman kimi şəxslər izləyir. Bu ilin ən yadda qalan hadisələrindən bir digəri isə Leonardo DiCaprionun mükafat alması olub.

    Bəzi ölkələrdə isə Angelina Jolie, Sia kimi məşhurlar daha çox axtarılıb.
    Sorğunun maraqlı tərəfi isə axtarışlar arasında musiqiçi, siyasətçi və aktyorların üstünlük təşkil etməsidir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər