2016-cı ilin ən məşhur şifrələri

5152

Hamımıza tanış olan standart şifrələr yenə də reytinqdə ilk pillələri tutublar.

Baxmayaraq ki, təhlükəsizlik üzrə mütəxəssislər daha qəliz şifrələrdən istifadə etməyi və mütəmadi olaraq şifrələri dəyişməyi məsləhət görsələr də standart "12345” şifrəsi, ən məşhur şifrələr siyahısında ilk pillələrdə qərarlaşır. Keçən il ərzində 10 milyona yaxın internet istifadəçisinin sızdırılmış məlumatlarını müşahidə edəndən sonra "Keeper” şirkəti, 2016-cı ilin top-25 məşhur şifrələr siyahısını tərtib edib. Həmin şifrələrdən bir çoxusunu saniyələr ərzində sındırmaq olar. Nəticələr isə heçdə ürəkaçan deyil. Belə ki, məşhur 15 şifrədən 7-si cəmi 6 simvoldan ibarətdir. Müasir hack üsulları isə lazımi şifrəni bir neçə saniyə ərzində təyin edə bilir. Həmin top siyahını sizlərə təqdim edirik.

1. 123456

2. 123456789

3. Qwerty

4. 12345678

5. 111111

6. 1234567890

7. 1234567

8. Password

9. 123123

10. 987654321

11. Qwertyuiop

12. Mynoob

13. 123321

14. 666666

15. 18atcskd2w

16. 7777777

17. 1q2w3e4r

18. 654321

19. 555555

20. 3rjs1la7qe

21. Google

22. 1q2w3e4r5t

23. 123qwe

24. Zxcvbnm

25. 1q2w3e.