2016-cı ilin ən uğursuz cihazları

08.05.2017 0 PAYLAŞIM 5807 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

Engaged saytı bu ilin ən uğursuz cihazlarının siyahısını təqdim edib.

Həmin siyahıya smartfonlar, noutbooklar, saatlar və hətta qulaqlıqlar üçün keçid naqilləri daxil edilmişdir. İlin ən əsas ümid doğrultmayan cihazlarından biri Galaxy Note 7 smartfonu olub. Belə ki, bu smartfonun partlaması nəticəsində olmuş şikayətlər onu siyahının ilk pillələrinə çatdırıb. Note 7-dən başqa sözügedən siyahıda ən uğursuz smartfonlar arasına həmçinin Sony Xperia X Performance daxil edilib. Qeyd olunur ki, bu model Xperia X seriyasının əvvəlki modellərindən fərqli olaraq daha aşağı texniki göstəricilərə sahib olub. Bununla belə onun qiyməti 700$ təşkil edir.

"Ağıllı” saatlar arasına 1500$ qiymətə satılan və Android Wear əməliyyat sistemi vasitəsilə çalışan Tag Heuer Connected "ağıllı” saatı daxil olub. Noutbooklar seriyasından siyahıya sensorlu klaviaturaya sahib Lenovo Yoga Book əlavə olunub. Əsas səbəb isə noutbookun klaviaturasının rahat olmamasıdır. Vinci adlı "ağıllı” qulaqlıqlar öz cəlbedici olmayan xarici görünüşlərinə və sensorlu ekrana sahib olduqları səbəbdən bu siyahıya qatılıblar. Bütün bunlardan əlavə olaraq 2016-cı ilin ən uğursuz cihazlar siyahısına həmçinin satışa çıxmasından 16 gün sonra istehsalı dayandırılmış GoPro Karma dronu və iPhone 7 üçün olan qulaqlıq keçid naqili daxil olmuşdur.