2016-cı ilin ən yenilikçi kəşfləri

620

Texnologiya və Sənaye inkişaf etdikcə bir-birindən maraqlı kəşflərin gəlməsi də qaçınılmazdır.

Təbii ki kəşflərin hər zaman "yeni bir əsr yaradacaq" kəşf olması gözlənilmir, bəzən olduqca sadə üsullar ilə çox gözəl şeylər yaratmaq mümkündür. 2016-cı ilin sonlarına doğru yaxınlaşarkən bu il edilən maraqlı kəşflərə bir nəzər salaq. 

Uçan Bonzai

İnkişaf etmiş texnologiya vasitəsilə evlərimizin içi də olduqca fərqli görünməyə başladı. Əlimizi toxunduranda şüanı hiss etdiyimiz televizorlardan çox incə televizorlara və ağıllı ev sistemlərinə keçdik. Bəs evinizdəki saxsılar? Hələ də ənənəvi saxsı və çiçəkləri istifadə edirsinizsə, çox da texnolojik sayılmarsınız. "Hoshinchu" tərəfindən hazırlanan yeni saxsılar vasitəsilə evinizdə uçan çiçəklər yetişdirə biləcəksiniz. Hətta o qədər iddialıdırlar ki, gələcəkdə hər evdə bunlardan olacağını deyirlər.

Səmanı görə bildiyiniz təyyarələr


Təyyarə ilə səyahət artıq inanılmaz olmaqdan çıxalı çox vaxt keçib. Hətta artıq bir çox sərnişin üçün olduqca sıxıcı olur. Əgər uzun yola çıxırsınızsa bu sıxıcılıq daha da artır. "Boeing" də bunu başa düşərək, yeni hazırladığı texnologiyalı təyyarələrdə tavan və yerə səmanı əks etdirən bir xüsusiyyət əlavə edib. Bunun vasitəsilə təyyarədə ikən ağzınız açıq ətrafa baxmaqla yolun necə keçdiyini anlamırsınız belə. Bu tip bir təyyarədə səyahət etmək istərdim.

Daşına bilən kağız təkrar emalı vasitəsi

 
Kağızların təkrar emalı olduqca zaman və əmək istəyən bir şeydir. Ən azından Yapon şirkəti "Epson" bu işə əl atana qədər elə idi. Artıq həddindən çox kağız istifadə edən işyerləri öz kağız təkrar emalı vasitələrinə sahib ola bilərlər. Üstəlik tək bir damcı su bilə israf etməyən bu təkrar emal prosesi, bir neçə saat içərisində reallaşır. Həm təbiətə, həm də şirkət kassasına faydalıdır.

Təyyarə qəzalarında sərnişinləri qoruycu kabinə

 
Təyyarə ilə səyahət etmək bir çox insan üçün vaxta qənaət sayılsa da, bir o qədər də təhlükəsiz olduğu üçün seçilən bir metoddur. Xüsusilə iş adamları, elm adamları və turistlər üçün təhlükəsizlik çox vacib bir məqamdır. Elm adamları da bu mövzu üzərində olduqca sıx işləyirlər və daha təhlükəsiz təyyarələr hazırlamağa çalışırlar. Ukraynalı mühəndis Vladimir Tatarenko bu mövzuda iddialı bir həll üsulu ortaya qoyub. Təhlükəli vəziyyətlərdə sərnişinlərin olduğu bölmə təyyarədən ayrılır və istənilən növ səthə problemsiz enişi təmin edir.

Görmə məhdudiyyətlilər üçün planşet

  
Kitab qurdları üçün artıq yüzminlərlə kitablıq arxivlər yerini e-kitab oxuyucularına təhvil verib. Çap edilmiş məhdud sayda kitabdan istifadə edə bilən görmə məhdudiyyətli şəxslər üçün də planşet texnologiyası yeni bir fürsət yaradıb. Yeni hazırlanmış bu planşet içərisindəki mikro sensorlar vasitəsilə, minlərlə kitabı/yazını oxumaq imkanı yaradır.

Sürücülər üçün super market

 
Sizə biraz yad gələ bilər amma bu sistem, "McDonalds"ın avtomobilləri ilə gələn müştəriləri üçün hazırladığı sistemin bir oxşarıdır. Avtomobilinizdən heç çıxmadan bu marketdən sifarişlərinizi verirsiniz və irəlidəki kassada ödəniş edib məhsulunuzu alırsınız.

Ağac daşıma vasitəsi

 
Xüsusilə yeni inşaat işlərində kəsilən ağaclar hər zaman böyük problemlər yaradmışdır. Həssas insanlar bu kəsilən ağaclar üçün daha yaxşı alternativlər hazırlana bilinəcəyini düşünürdülər və haqlı idilər. Hazırlanmış bu yeni vasitə, ağacları kəsmək yerinə daşımaq imkanı tanıyır. Ağacı kökündən bir miqdar torpağı ilə birlikdə alır və yeni bir yerə daşıyırsınız. Beləcə böyük ağaclar ölməmiş olur.
 
Davamı olacaq...