main-post-cover

    2016-cı ilinin ən çox qazanan YouTuber-ları və onların qazancları (SİYAHI)

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    "Google", 2016-cı ildə ən çox qazanan "YouTube" ulduzlarını elan etdi. İndi sizə işlərindən belə istefa edib,  evlərində qurduqları kiçik studioda milyonlarla dollar qazanan, hamımızın qısqandığı o şanslı YouTuberlər-i təqdim edəcəyik.

    Azərbaycanda YouTube bazaranın çox kiçik olduğunu və YouTubedan pul qazanmağın nə qədər çətin olduğunu hamımız bilirik ancaq YouTube-un əsl qaymağını xarici YouTuberlər yeyirlər. 
    ABŞ və ya Avropada orta statistik rəqəmə görə bir YouTube məzmun istehsalçısı ayda on min dollara qədər çatan maddi qazanc əldə edə bilərkən, sadəcə bunun üçün belə daimi iş yerindən istefa edib, evində studio quran çox sayda insan var. 
    Beləki YouTube-un, bu məzmun istehsalçıları arasında apardığı son araşdırma, 2016-cı ildə ən çox qazanan YouTuberları ortaya çıxardı. 

    "Google"un açıqlamasına görə, 2016-cı ildə ən çox qazanan YouTuberların siyahısı belədir:

    1- PewDiePie -15 milyon dollar
    2- Roman Atwood - 8 milyon dollar
    3- Lily Singh 7,5 milyon dollar
    4- Smosh - 7 milyon dollar
    5- Rosanna Pansino - 6 milyon dollar
    6- Tyler Oakley - 6 milyon dollar
    7- Markiplier - 5,5 milyon dollar
    8- German Germandia - 5,5 milyon dollar
    9- Rhett and Link - 5 milyon dollar
    10-Colleen Ballinger - 5 milyon dollar
    Linki kopyala