2016-nın ən məşhur tətbiqləri

723

"Nielsen”analitik şirkəti 2016-cı ilin maraqlı statistikasını dərc edib.

Şirkət, bu il smartfonlarda hansı tətbiqlərə daha çox tələbatın olduğunu müəyyən edib. Maraqlısı ondadır ki, 2016-cı ilin ən məşhur tətbiqləri siyahısındakı 10 tətbiqdən 8-i "Facebook” və "Google” şirkətlərinə məxsusdur. "Technote.az”ın "TechCrunch”a istinadən verdiyi xəbərə əsasən birinci yerdə, ay ərzində 146 milyon istifadəçisi ilə Facebook sosial şəbəkəsinin tətbiqi tutub. Bu göstərici isə keçən ilkindən 14% böyükdür. İkinci yerdə isə 130 milyon istifadəçisi ilə Facebook Messenger qərarlaşıb. İlk üçlüyü 114 milyon istifadəçisi ilə YouTube bağlayır. "Facebook” ilə "Google” şirkətlərinin tətbiqlərinin məşhur olduqlarını anlamaq çətin deyil. Belə ki, Facebook, dünyanın ən böyük sosial şəbəkəsidir. Instagram-dan istifadə edənlərin isə gündən günə sayı artır. Bu isə onu dünyanın ən böyük fotoservisi edir. "Google”a gəldikdə isə onun tətbiqləri bütün Android smartfonlarda öz əksini tapır və ham onlardan istifadə edir. Sözügedən siyahı ilə aşağıdan tanış ola bilərsiniz.