Həftənin ən yaxşı iOS oyunları

821

Həmişə olduğu kimi həftənin sonunda siz istifadəçilərə həftənin ən yaxşı iOS oyunlarını təqdim edirik.

Tiny Miners

Siyahımızda olan ilk oyun Tiny Miners-dir. Əslində bu tip oyunlar ilə artıq çoxdan tanışsız. Belə ki, Tiny Miners-də siz yeraltı şaxtalar qazaraq bacardığınız qədər çoxlu xal toplamağa çalışacaqsınız. Yolda sizə rast gələn qızılları, maneələri keçərək yığmalısınız. Əgər hansısa maneəyə dəysəniz oyun yenidən başlayacaq. Bir növ Subway Surfers tərzində olan bu oyun bir çoxlarının ürəyincə ola bilər. Oyunu buradan yükləyə bilərsiniz.

PewDiePie’s Tuber Simulator

Növbəti oyun bəlkədə məşhur videoblogger PewDiePie pərəstişkarları üçün yaradılıb. Oyundakı videobloggeri də real da PewDiePie özü səsləndirib. Oyunda sizdən tələb olunan YouTube ulduzu olmaqdır. Siz müxtəlif mövzularda müxtəlif cür videolar yaratmalısınız. Bununla belə oyun zamanı mikrofon, kamera və s. alaraq öz cihazlarınızı yeniləməlisiniz. Yəni bir növ aşağı pillələrdən yuxarı qalxaraq YouTube ulduzu olmağınız vacibdir. Oyunu buradan yükləyə bilərsiniz.

Knights Fight

Siyahıdakı sonuncu oyunumuzun adından da göründüyü kimi burda söhbət cəngavərlərin döyüşlərindən gedir. Burada iki cəngavər xüsusi arenada döyüşlər aparırlar. Oyunçunun məqsədi isə təbii ki, həmin döyüşdən sağ çıxmaqdır. Oyunda idarəetmə çox sadədir. Burda qorunmaq üçün qalxan və hücum etmək üçün qılınc var. Bu ikisi ekranda əks olunmuş xüsusi düymələrin köməkliyi ilə çalışır. Oyunda müxtəlif düymələri kombin edərək daha güclü hücumlar reallaşdırmaq olar. Oyunda mərhələləri keçərək rəqib cəngavərləri udmaq daha da çətinləşir. Lakin həmin çətinlikləri keçmək üçün sizin cəngavərə müxtəlif yenilənmələr və s. aktiv şəkildə olur. Oyunu buradan yükləyə bilərsiniz.