main-post-cover

    Həftənin ən yaxşı iOS oyunları

    Digər
    07.05.2017
    Farid Pardashunas
    iOS istifadəçilərini unutmayaraq sizlərə bu həftənin ən yaxşı iOS oyunlarını təqdim edirik.
    Shadow Bug Rush
    İlk baxışdan oyun adi platformerə bənzəyir və oyun prosesinin sadəcə olaraq bir sıra səviyyələrə ayrılması hissi yaranır. Lakin bu belə deyil. Bu oyun daha çox sonsuz oyun prosesinin olduğu random şəkildə generasiya olunan bir səviyyədən ibarət platformerdir. Oyundakı idarəetməni standart adlandırmaq olmaz. Məsələ burasındadır ki, bizim idarə etdiyimiz personaj ekranın sağ və sol küncündəki düymələrə klikləyən zaman adi şəkildə hərəkət edir. Lakin o tullana bilmir. Halbu ki, oyun səviyyələrinin quruluşu bunu ondan tələb edir. Məhz buna görə oyunda tullanmaq düşmənləri məhv etməklə əvəz olunub. Yəni oyun zamanı istifadəçi düşmənin üzərinə klikləyən zaman bizim personaj düşmənlə olan məsafəyə baxmayaraq ona tərəf hərəkət etməyə başlayır. Beləliklə oyun prosesi davam edir. O isə ölənə kimi havada düşmənlərlə savaşmaqdan ibarətdir. İlk vaxtlarda oyun sizə tamamilə primitiv görünə bilər. Lakin bir müddətdən sonra siz anlayacaqsınız ki, qazanılmış kristalları nəinki personajın təkmilləşdirilməsinə, hətta oyunun qəlizləşməsinə xərcləmək olar. Oyunu burdan yükləyə bilərsiniz.
    Pineapple Pen
    Əgər istirahət vaxtınızda məşğul olmaq üçün nəsə məşğuliyyət axtarırsınızsa onda qələmi götürüb onu alma və ananasa batırmağa çalışmalısınız. Bunu isə Pineapple Pen oyununda edə bilərsiniz. Oyunun məğzini uzun uzadı başa salmağa ehtiyac yoxdur. Belə ki, o çox sadə və primitivdir. Oyunçu sadəcə olaraq qələmi götürüb onun yanından keçən alma və ananaslara həmin qələmi tuşlayaraq batırmalıdır. Uğurlu nəticələrin sonunda siz müğənni Pikotaro-nun səsini eşidəcəksiniz. Belə ki, o sizə məşhur "Pen Pineapple Apple Pen” mahnısını ifa edəcək. Qıraqdan oyun çox axmaq görünsə də sizin boş vaxtlarınızı əyləncəli keçirdərək üzünüzdə gülüş yaratmağa qadirdir. Oyunu burdan yükləyə bilərsiniz.
    Lift Car
    Növbəti oyun Lift Car adlanır. Bu oyun klassik runner tərzində olmaqla yanaşı həmçinin yumor hissinə və çox gözəl kantri janrlı soundtracklara sahibdir. Oyunun baş qəhrəmanı avtomobillərdən yaxşı başı çıxan mühəndisdir. Uzun tıxaclarda qalmaqdan bezən baş qəhrəman öz avtomobilini bir neçə rejimdə çalışan avto-liftə çevirir. Hərəkət edən adi avtomobilə bənzəsə də istifadəçi ekrana toxunan zaman avtomobilin kuzovu yuxarı qalxmağa başlayır. Bu halda avtomobilin təkərləri isə yer ilə hərəkət etməkdə davam edir. Bu cür üsul ilə oyunçu adi yüngül avtomobilləri asanlıqla keçə biləcək. Həmçinin yolda yük maşınlarına rast gəlinəcək. Lakin bu problem deyil. Ekrana ikinci dəfə toxunanda avtomobilin kuzovu daha bir üst mərtəbəyə qalxır. Belə bir sual yarana bilər ki, niyə oyunçu bütün oyunu kuzovun yüksək hündürlükdə olan vəziyyəti ilə keçməsin? Belə ki, əgər oyunçu reklam bannerləri, dirəklər və tunellər ilə qarşı-qarşıya gəlmək istəmirsə onda hər dəfə avtomobilin hansı yüksəklikdə olmasına fikir verməlidir. Lift Car çox gözəl qrafik tərtibata sahibdir. Oyunda hər zaman mühit və hava şəraiti dəyişkən olur. Məsələn quru səhralar, qarlı yollar, dənizkənarı yerlər və s. Oyunda yeni avtomobilləri aktiv etmək üçün oyunçu yanacaqla dolu qabları yığmalı olacaq. Oyunu burdan yükləyə bilərsiniz.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər