main-post-cover

    Həftənin ən yaxşı Android oyunları

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Artıq ənənə halını almış həftənin ən yaxşı Android platformalı oyunlarını sizlərə təqdim edirik.
    Asphalt Extreme

    Qarşınızda bütün bir dünya var. Onu öz yarış meydançanıza çevirin. Asphalt Extreme xəritəsində əks olunmamış əraziləri fəth edin. Oyunun əsas özəllikləri bunlardır.
    35 avtomobil növü (baggi, pickup, muscle car və s.)
    - Ən məşhur brendlər (Jeep, Ford, Mercedes-Benz, Predator, Dodge, Chevrolet və s.)
    - 8 nəfərlik onlayn multiplayer rejim
    - Avtomobilləri tüninq etmək imkanı
    - 5 oyun rejimi, 500+ sınaq yarışları
    Oyunu burdan yükləyə bilərsiniz.
    NeoNinja
    Bu oyunda oyunçular gizli təşkilatın üzvləri rolunda olacaqlar və gizli neon laboratoriya labirintindən çıxmalı olacaqlar. Təbii ki, bunu mühafizəçilərin gözlərinə görünmədən etmək lazım olacaq. Missiyanı uğurla keçmək üçün sizə cəldlik və strateji düşüncə lazım olacaq. Belə ki, hər bir missiyadan sonrakı missiyada mühafizəçilər daha da ağıllı olurlar. Oyunu burdan yükləyə bilərsiniz.
    The Trail
    Bu oyun səyahəti və macəraları sevənlərin əsl ürəklərincə olacaq. İnsan ayağının dəymədiyi yerlərə səyahət edin və yeni dünyanı kəşf edin. Müşahidə, ticarət, kəşflər et və yeni dünyanı koloniyalaşdırmağa başla. Gözəl qrafikaya sahib olan The Trail heç kimi məyus etməyəcək. Oyunu burdan yükləyə bilərsiniz.

     
     
     
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər