main-post-cover

    Həftənin ən yaxşı Android oyunları

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Həftə sonunda əyləncəli vaxt keçirməyiniz üçün sizlərə həftənin ən yaxşı Android oyunlarını təqdim edirik.
    Galaga Wars
    Qalaktika məhv olmaq üzrədir. Sonsuz sayda yadplanetli işğalçılar və baş qəhrəmanın bir ədəd kosmik gəmisi. Oyunçudan tələb olunan həmin işğalçı yadplanetli sivilizasiyanın hava qüvvələrini məhv etməkdir. Onları məhv edərək digər kosmik gəmiləri xilas edin və öz kosmik gəminizin silahla zərbə gücünü təkmilləşdirin. Oyunçular adi yadplaneltli gəmilərdən əlavə olaraq hər dəfə bosslarla da qarşılacaqlar. Qalaktikanın məhv olmasına imkan verməyin. Oyunu burdan yükləyə bilərsiniz.
    Where Shadows Slumber Demo
    Oyundakı baş qəhrəmanın rolunda çıxış edərək oyunçular izometrik dünyaya səyahət edəcəklər. Bu səyahətdə onlar bir çox bağlı qapılara, sökülmüş körpülərə və s. kimi maneələrə rast gələcəklər. Təbii ki, oyunçulardan tələb olunan oyun səviyyələrini əvvəldən sona kimi keçməkdir. Hər bir oyun səviyyəsi fantastik və ekzotik landşaft tərzində hazırlanmışdır. Fanarın işığını idarə edərək oyunçular işıq ilə kölgənin sərhədini təyin edə biləcəklər. Beləliklə onlar oyunda olan mexaniki əşyalara təsir edə biləcəklər. Oyunu burdan yükləyə bilərsiniz.
    Maze Dungean
    İşıqlı kubun rolunda oynayacaq oyunçular gizli labirintdəki macəralara üz tutmalı olacaqlar. Labirintdən çıxmaq üçün kubun işığından istifadə edərək qaranlıq yolları işıqlandırmaq lazım olacaq. Lakin bir məsələ var ki, kubun bu işığı sonsuz deyil və onu hər dəfə işıq ilə doldurmaq üçün oyun səviyyəsindəki xüsusi enerjiləri tapmaq lazım gələcək. Oyunu burdan yükləyə bilərsiniz.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər