main-post-cover

    Həftənin ən yaxşı Android oyunları

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Həftə sonunu maraqlı və şən keçirtməyiniz üçün sizlərə həftənin ən yaxşı Android oyunlarını təqdim edirik.
    Re-Volt 3
    Yarış yollarında yarış avtomobillərinin əsl güclərini hiss edin. Rəqiblərinizi yüksək sürətlə ötün keçin. Onlara müxtəlif vasitələrlə atəş açın. Müxtəlif oyun rejimləri sayəsində yüksək nailiyyətlər əldə edin. Dünya reytinqində yüksək yerləri tutmaq üçün digər oyunçular ilə online rejimdə yarışın. Müxtəlif eskizlər və fotolar vasitəsilə öz unikal avtomobilinizi yaradın, təkmilləşdirin və onunla sosial şəbəkələrdə paylaşın. Sizin ixtiyarınızda bir çox avtomobil növü var və onlar sizləri gözləyirlər. Oyunu burdan yükləyə bilərsiniz.
    Defend Your Turf: Street Fight


    Dünyanın hansısa yerində digər şəhərlərdən fərqlənməyən bir kiçik şəhər yerləşir. Lakin bu şəhərin digərlərindən bir fərqi ondadır ki, onun küçələrində göy və qırmızı paltar geyinmiş təhlükəli iki qruplaşma vardır. Onların rəqabətləri o qədər böyükdür ki, onlardan olan nümayəndələr öz rəngləri uğrunda hətta ölməkdən belə qorxmurlar. Oyunçu isə öz bacarıqlarından istifadə edərək qırmızı geyimli qruplaşma ilə birlikdə bu küçələrdə sağ qalmağa çalışmalıdır. Oyunu burdan yükləyə bilərsiniz.
    Gear.Club
    Gear.Club təkcə adrenalin dolu yarışlar deyil. Bu həmdə güclü motor və sürətli yarış yollarının dünyasıdır. Tam dəqiqliklə yığılmış avtomobil mühərriki, transmissiya və s. Burda hər şey realdır. İnternet vasitəsilə dostlarınız və digər oyunçular ilə yarışaraq yeni növ landşaftları kəşf edin. Sizləri müxtəlif yarış növləri və çempionatlar gözləyir. Gear.Club-da hər kəs öz zövqünə uyğun avtomobil tapa bilər. Lüks avtomobilləri tüninq edərək onları öz zövqünüzlə bəzəyin və təkmilləşdirin. Oyunu burdan yükləyə bilərsiniz.

    Linki kopyala